283
MÜƏLLİf HAQQINDA
Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllüsü ŞADİMAN) 2
sentyabr 1955-ci ildə Siyəzən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin
Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik məktəbi,
sonra Siyəzən şəhər 2 saylı orta məktəbini bitirib. 1973-75-ci illərdə
Ye ni kənd üzümçülük sovxozunda fəhlə, 1975-76-cı illərdə Volodarski
adına tikiş fabrikində tikişçi işləyib. 1977-ci ildə ADU-nun (indiki BDU)
hazırlıq şöbəsində dinləyici, 1978-83-cü illərdə Kitabxanaçılıq (indiki in-
formatika fakültəsi) əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan Jur-
nalist Sənətkarlığı İnstitutunun məzunu olub. 1984-cü ildə Dəvəçi rayo-
nunun (indiki Şabran), hazırda Siyəzən rayonunun inzibatı ərazisi sayılan
Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985-2007-
ci illərdə ARDNŞ-in Mədən-Geofizik İdarəsinin “Neft Daşları” geofizik
ekspedisiyasında cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci
ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər
bədii yaradıcılığını davam etdirib. Dövri mətbuatın mətbu orqanları olan
“Neft Daşları”, “Ədalət”, “Çənlibel”, “Azərbaycan müəllimi”, “Bütöv
Azərbaycan”, “Kredo”, “Mütərcim”, “Məhsəti” və sair qəzet-jurnallarda
çap olunub. “Məcməüs-şüəra” (Şairlər məclisi), “Füzuli” ədəbi məclislərin
üzvü olub. AYB-nin və CASCFEN-in (Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsi) üzvüdür. Hazırda ədəbi fəaliyyətlə məşğuldur.
“Modern.az”, “Yalquzaq. Com”, “Davam.az” “Lit.parad”, “Dayaq.az”
və sair internet portalları ilə yaradıcılıq əlaqələri saxlayır. “AzPress” və
“Kredo” qəzetlərinin əməkdaşıdır. Şəxsi saytı aktiv fəaliyyətdədir.
|