Mövzu 8. WINDOWS 7 ƏMƏLIYYAT SISTEMI
Plan:
Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri
Windows 7 əməliyyat sisteminin interfeysi
Fayllar və qovluqlarla əməliyyatlar
İnterfeysin tənzimlənməsi. Fərdiləşdirmə
Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri
Əvvəlki bölmədə biz əməliyyat sistemlərinin funksiyalarına və onlara olan tələbata baxdıq. Demək lazımdır ki, bu tələbatların bir çoxu bir-birinə ziddir, çünki onlar müxtəlif şirkət və kompaniyalara məxsusdurlar. Məsələn, başqa əməliyyat sistemlərinin proqramları ilə uyuşqanlıq münasibətlərinin tələbatı– bu bir müvazinət (balans) məsələsidir. Hər bir konkret iş yerində bu məsələlər fərdi qaydada həll olunur.
Bu mənada bu gün Windows 7 əməliyyat sistemi xüsusi əhəmiyyət kəsb edir. O, daha çox universallığa malikdir, çox geniş yayılıb və tətbiq olunmuşdur, uyğun olaraq aparat və proqram istehsalçıları tərəfindən də xüsusi dəstəklənir.
Windows 7 əməliyyat sisteminin kompüterdə normal şəkildə işləməsi üçün kompüter qurğusundan minimum aşağıdakı göstəricilərin olması tələb olunur: operativ yaddaş 2 Qb-dan az olmamalıdır, prosessoru minimum 2 Qhs tezlikli, iki nüvəli olmalıdır, kompüterin disk yaddaşı isə 17 Gb-dan az olmamalıdır. Bundan başqa xüsusilə tələb olunur ki, kompüterdə videoplata DirectX11 standartını dəstəkləməlidir, yəni 2010-cu ilin ikinci yarısından sonra buraxılan istənilən videoplata istifadə oluna bilər.
Dostları ilə paylaş: |