Pəncərə. Qovluq
Windows əməliyyat sistemində pəncərə– yuxarısında açılmış qovluq haqqında və ya bu pəncərədə yüklənmiş proqram haqqında məlumat yerləşən çərçivədən ibarətdir.
Windows əməliyyat sistemində əsas pəncərə növlərindən biri də qovluq pəncərəsidir. İstənilən qovluğu Windowsda öz pəncərəsində açmaq olur. Eyni vaxtda açılmış pəncərələrin sayı kifayət qədər çox ola bilər və bu konkret kompyuterin parametrlərindən asılıdır. Oxşar idarəetmə elementlərinə və tərtibatına görə pəncərələrin digər növlərini də qeyd etmək olar: dialoq pəncərəsi, sorğu sisteminin pəncərəsi, əlavələrin (proqramların) işçi pəncərələri, bir çox əlavələrin (proqramların) pəncərələrinin daxilində ayrı-ayrı sənədlərin pəncərələri də ola bilər.
Windows 7-də ekranda açılmış bütün pəncərələri bükməklə ekrandan götürərək İşçi stolu təmizləmək üçün ya Win və probel klavişlərinin kombinasiyalarını istifadə etmək, ya da sadəcə siçanın köməyilə ekranın aşağı sağ küncündə yerləşən xüsusi parçaya sıxmaq lazımdır. Burada da Aero Pick xüsusiyyəti vardır, xüsusi parçanın üzərinə sadəcə kursoru gətirdikdə, onda İşçi stolun ekranı üzə çıxıraq görsənir. Bu zaman siçanın düyməsini sıxdıqda pəncərələrin hamısı bükülərək İşçi stoldan yox olurlar.
Dostları ilə paylaş: |