Proqram interfeysi hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.
İstifadəçi interfeysi istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrli və obyektyönlü ola bilər.
Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.
Obyektyönlü interfeysobyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s.üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası onluq kəsr şəklində 6. 00, 3. 11, 2. 1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.