St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 9. Yeraltı suların mənşəyi və təsnifatı



Yüklə 1,1 Mb.
səhifə19/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021

9. Yeraltı suların mənşəyi və təsnifatı.
Yer səthinə düşən yağıntıların torpağa hopan və yerin daha dərin qatlarına süzülən hissələri heç də suyun ümumi dövranından kənarda qalmır. Belə ki, onlar

ya buxarlanaraq atmosferə qayıdır, ya bulaqlar şəklində yer səthinə çıxaraq çay, göl, bataqlıq suları ilə qovuşur və ya yeraltı yollarla bilavasitə dənizə tökülür.

Yeraltı sular maye, sülb və buxar halında olur. O, ya sərbəst halda süxurların çatlarında, məsamələrində və torpaqda ağırlıq qüvvəsinin təsiri ilə sirkulyasiya edir

və ya molekulyar hərəkət qüvvəsi nəticəsində süxur və torpaq hissəcikləri səthində qalaraq, fiziki cəhətdən onlarla bağlı olur. Su bir sıra mineral birləşmələrin

tərkibinə daxil olaraq maddələrin kristallik quruluşunun yaranmasında iştirak edir və beləliklə, onlarla kimyəvi cəhətdən əlaqəli olur. Yerin daxilində olan bütün su

növləri bir-birilə sıx əlaqədə olmaqla və müəyyən şəraitdə bir növdən başqasına keçməklə, vahid dinamik müvazinət sistemi saxlayır.

Yer qabığının yuxarı təbəqəsi yeraltı suların yayılma əlamətinə görə iki zonaya ayrılır: aerasiya zonası su ilə doymuş zona. Adətən su aerasiya zonasında süxur boşluqlarını və məsamələri bütünlüklə doldurmur, əgər doldursa da bu müvəqqəti xarakter daşımaqla hər yerdə müşahidə edilmir.

Su ilə dolmamış boşluqlar və məsamələrdə su sirkulyasiya edir. Doymuş zonada süxur məsamələri su ilə tamamilə dolur.

Aerasiya zonasında, bilavasitə yerin səth hissəsində torpaq suyu olur. Su torpaq daxilində hər üç halda müşahidə edilməklə bir haldan başqasına keçir.

Torpaqda olan suyun çox hissəsi hissəcikləri ilə molekulyar hərəkət qüvvəsilə bağlıdır. Bu heç də suyun hərəkət etməsinə mane olmur. Buna görə də su torpağın

dərinliklərinə süzülür, səthinə qalxır və buxarlanaraq atmosferə daxil olur. Doymuş zonanın müəyyən dərinliyində qrunt suları yayılmışdır. Qrunt suları süxurların məsamələrini və boşluqlarını doldurur. Yeraltı sulara yer qabığının daha böyük

dərinlikdə yerləşən laylarında da rast gəlinir. Bunlar layarası sulardır.

Yeraltı suların əmələ gəlməsi çox mürəkkəb şəraitdə baş verir. Yeraltı suların mənşəyi haqqında bir sıra nəzəriyyələr irəli sürülmüşdür. İki nəzəriyyə daha geniş

yayılmışdır.



1. İnfiltrasiya nəzəriyyəsi-XIII əsrin əvvəlində fransız fiziki Mariotta irəli sürmüşdür. Bir qədər sonra M.V.Lomonosov infiltrasiya nəzəriyyəsinin

geokimyəvi şərhini vermişdir. Belə ki, o, süxurların kimyəvi tərkibi ilə onların daxilində sirkulyasiya edən yeraltı suların arasındakı əlaqəni müəyyən etmişdir. İnfiltrasiya nəzəriyyəsinə görə yeraltı sular yalnız yer səthinə düşən yağıntıların yerə hoparaq su keçirməyən süxur layları üzərində yığılması nəticəsində əmələ gəlir. Bu hopmuş yağıntı suları su keçirən layda hərəkət edərək bulaqlar şəklində yer səthinə çıxa bilir.



2. Kondensasiya nəzəriyyəsi-XIX əsrin ikinci yarısında alman alimi Folqar

vermişdir. O, infiltrasiya nəzəriyyəsini tamamilə inkar edərək göstərir ki, yeraltı sular yalnız atmosferdə olan su buxarının torpaq səthindən müəyyən dərinlikdə

kondensasiyaya uğraması nəticəsində yaranır.

Torpaqda su buxarının kondensasiya prosesinin dərk edilməsində rus alimi A.F.Lebedevin xidməti xüsusilə böyükdür. O, özünün şəxsi müşahidəsi və təcrübəsi əsasında sübut etmişdir ki, yeraltı suların əmələ gəlməsi yağıntı sularının infiltrasiya etməsi, həm də su buxarının torpaq – qrunt daxilində kondensasiyaya uğraması nəticəsində yaranır.

Yeraltı suların hər iki qida mənbəyi eyni vaxtda fəaliyyət göstərir. Onların hər birinin rolu, yeraltı suların formalaşmasında iştirak edən fiziki-coğrafi amillərin

xarakterindən asılıdır. Belə amillərə misal olaraq, süxurların su keçirmə qabiliyyətini, relyefi, yağışın yağma intensivliyi və davamiyyəti, qar örtüyünün

əmələ gəlmə şəraiti və ərimə intensivliyini, havanın temperaturu və rütubətliyini, bitki örtüyünün növünü və onun suya olan tələbatını göstərmək olar.

A.F.Lebedevə görə su buxarının atmosferdən torpağa daxil olması hava kütləsinin hərəkətindən asılı olmayıb, yalnız su buxarının elastiklik fərqi ilə müəyyən edilir. Onun Odessa yaxınlığında apardığı təcrübələr göstərmişdir ki, çox vaxt gecələr havada olan su buxarının sıxlığı torpaqdakı su buxarının sıxlığından

böyük olur və bunun nəticəsində atmosferdəki su buxarının torpağa keçməsi üçün lazımı şərait yaranır. Bu yolla əmələ gələn kondensasiya sularının miqdarı

yağıntıların ümumi miqdarının 15-20 % -ni təşkil edir. Lakin bəzi hallarda su buxarının kondensasiyası üstünlük təşkil edir. Məsələn, qumlu səhra və

yarımsəhralarda gecə havanın kəskin soyuması nəticəsində kondensasiya prosesi daha sürətlə gedir. Burada yağıntılar çox az düşür, demək olar ki, bütünlüklə torpaq səthindən buxarlanmaya sərf olunur. Bunun nəticəsində yeraltı suların qidalanmasında yağıntıların rolu cüzi olur. A.F.Lebedev göstərir ki, yeraltı suların çox az bir hissəsi yerin nüvəsindən

(yuvenil sular) su buxarlarının kondensasiyası hesabına əmələ gəlir.

Beləliklə torpaq-qrunt təbəqəsində su buxarının kondensasiyaya uğraması, yuvenil suların və yağıntı sularının infiltrasiyası hesabına yaranır. Bu proses çox

zaman təbiətdə eyni vaxtda baş verir.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin