St və mks” fakultəsi “Meliorasiya və stt”


Dibi - ən aşağı hissə; 4.Məcrası (yatağı) -



Yüklə 1,1 Mb.
səhifə17/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

3.Dibi - ən aşağı hissə;

4.Məcrası (yatağı) - ən aşağı su səviyyəsində belə çay axınının tutduğu yer;

5.Terraslar – dərənin dibi üzərində müxtəlif hündürlükdə yerləşən nisbətən üfüqi sahələr.

6.Subasar – gursululuq və daşqın dövründə dərənin su ilə örtülmüş ən aşağı terrasıdır.

7.Yamacların dabanı – dərənin dibi ilə yamaclarının birləşdiyi xətt.

Su axan dərələrə çay dərələri deyilir. Dərələr formalarına görə aşağıdakı

tiplərə bölünürlər:

• yarıq şəkilli dərələr;

• kanyonvari dərələr;

• trapesiyavari dərələr;

V-vari dərələr;

• təknəvari dərələr və s.

Çay dərələrinin dərinliyi böyük diapazonda dəyişir: düzənliklərdə bir neçə etrdən 200-300 m-ə, dağlıq sahələrdə isə 2-4 km-ə qədər. Dərənin eni çayın

yuxarı hissəsindən aşağıya getdikcə artır. Qeyd etmək lazımdır ki, onun yamaclarının dikliyi ilə dərinliyi arasında heç bir əlaqə yoxdur. Dərə dibinin su

axan hissəsi çay məcrası adlanır və çayın su rejimi dəyişdiyi üçün onun ölçüsü də dəyişir. Dərənin məsəbə doğru ən dərin nöqtələrini birləşdirən xəttə talveq deyilir.

Çay məcrasının aşağıdakı morfometrik ünsürləri var:

• su kəsiyinin tam sahəsi;

• canlı en kəsik sahəsi;

• çayı eni;

• isalnmış perimetr;

• hidravliki radius;

• orta dərinlik;

maksimal dərinlik;

Su kəsiyi dedikdə aşağıdakı çayın dibi, yanlardan sahillrə, üstdən su səthi ilə hüdudlanmış və axın istiqamətinə perpendikulyar keçirilmiş müstəvi sahə nəzərdə tutulur. Bəzən çay məcrasının su kəsiyində elə zona olur ki, orada çayın axını istiqamətində hərəkət sürəti sıfıra bərabərdir. Bu zona durğun (ölü) zona adlanır.

Su kəsiyinin tam sahəsindən durğun zonanın sahəsini çıxdıqda canlı en kəsik sahəsi alınır. Çox hallarda en kəsiyinin bütün nöqtələrində axın istiqamətindəhərəkət sürəti olur. Belə olduqda su kəsiyinin tam sahəsi canlı en kəsik sahəsinə bərabərdir. En kəsiyinin formasını təyin etmək üçün dərinlik ölçü işləri aparılır və onların nəticələrinə əsasən en kəsik profili qurulur. Səviyyə dəyişdikcə en kəsik sahəsi də dəyişdiyi üçün səviyyənin sahəsi yenidən hesablanır.

Çayın en kəsiyinin sahəsi profilə görə hesablanır. Sahəni planimetrləməklə və ya onu həndəsi fiqurlara bölərək analitik üsulla hesablamaq mümkündür. En kəsik

profilinin qrafikində sol və sağ sahil hissələr düzbucaqlı üçbucaq qalan hisslər isə trapesiya kimi qəbul edilir.

Çayın məcrasındakı suyun səviyyəsi ilə sahillərin kəsişmə xətti su kəsimi adlanır. Çaylarda sağ və sol su kəsimləri olur. Enli və çox dərin olmayan çayların

orta dərinlikləri (hor) onların hidravliki radiusuna bərabər olur. Ümumiyyətlə düzənlik çayları üçün

hor=R qəbul olunur.

Çayların təbii məcraları əlaqəsiz qruntlardan keçən yerlərdə parabolaya, əlaqəli qruntlardan keçdikdə isə ellipsə yaxın formada olur.

Çayın canlı en kəsiyi ölçülərindən və formasından başqa axan suya müqavimət göstərmə qabiliyyəti ilə də səciyyələnə bilər. Çayın dibi və yamacları kələ-kötür olur və hamar məcralardakı orta sürətdən böyük olur. Kələ-kötürlük

mütləq və nisbi olur. Mütləq kələ-kötürlük (Δ) çay dibinin düz olmayan səthində çıxıntıların orta hündürlüyüdür. Nisbi kələ-kötürlük (ε) isə mütləq kələ-kötürlüyün çayın orta dərinliyinə olan nisbətidir:

ε =h or

Düsturdan göründüyü kimi, çayda dərinlik artdıqca nisbi kələ-kötürlük azalır,çünki Δ dəyişmir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin