St və mks” fakultəsi “Meliorasiya və stt”


BAKI-2021 7.Çayların mənbəyi və mənsəb hissəsi



Yüklə 1,1 Mb.
səhifə14/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

BAKI-2021

7.Çayların mənbəyi və mənsəb hissəsi.
Çayın başlanğıcı onun mənbəyi adlanır. Çayların mənbələri müxtəlif olur.

Onlar başlanğıcını buzlaqlardan, göllərdən, bataqlıqlardan, bulaqlardan götürürlər.

Bəzən böyük çayların başlanğıcı müxtəlif adı olan çayların birləşdiyi yer qəbul edillir. Belə olduqda çayın hidroqrafik uzunluğu anlayışından istifadə edilir. Belə

uzunluq ən uzaq mənbədən hesablanır.

Ob çayı Biya və Katun çaylarının birləşməsindən əmələ gəlir. Şimali Dvina çayının başlandığı Vıçeqda ilə Kiçik Şimali Dvina çaylarının birləşdiyi yerdən götürülür. Onlar öz növbəsində Suxona və Yuqa çaylarının birləşməsindən əmələ gəlir.


Şimali Dvina çayının uzunluğu 333 km, hidroqrafik uzunluğu isə 1302 km – dir (Suxona çayı ilə birlikdə). Çayların çoxunun başlanğıcını dəqiq müəyyənləşdirmək çətinlik törədir. Volqa çayının mənbəyi Tver vilayətinin

Volqino – Verxovye kəndi yanındakı torf bataqlığı içərisindəki quyu qəbul edilir, ancaq daimi axın həmin bataqlıqdan mqəyyən qədər aşağıda başlanır.

Çayın dənizə, gölə, su anbarına və başqa çaya töküldüyü yer onun mənsəbi adlanır. Mənsəb mənbəyə görə daha dəqiq və asan təyin edilir. Bəzi hallarda şiddətli buxarlanma və ya suyun torpaq-süxur qatına tam hopması nəticəsində çay dənizə, gölə və başqa çaya çatmır. Belə çayların sonu kor (mənsəb) qurtaracaq

adlanır. Əsas mənsəb növləri estuari və deltadır. Deltanın əmələ gəlməsinin əsas amilləri bunlardır: çayların asılı gətirmələri axımı, dəniz sahilində dalğalanma və dəniz axınları, çaya tökülən yerdə dənizin dərinliyi, çaya tökülən yerdə tektonik qalxma və çökmə, bir də insanın təsərrüfat fəaliyyəti. Deltanın yaranma prosesi çayın dənizə və ya gölə tökülən mənsəbinə gətirdiyi gətirmələrin çökməsindən başlayır.

Delta əmələgətirən çöküntülər laylı xarakter daşıyır və gildən, lildən və qumdan ibarət olur. Vəziyyətinə görə deltalar ayrılırlar: dolmuş, irəliləmiş, pərvari, dindikvari, mürəkkəb, buxta. Dolmuş deltalar kötfəz və buxtanın dərinliyində yaranır. Bu halda delta tez artır dənizin təsirindən qorunmuş körfəz və buxtanı gətirmələr doldurub dəniz sahilinə çıxır. Belə delta Don çayına məxsusdur. Bu deltalar Azov dənizinin quruya daxil olan körfəzlərində əmələ gəlir. Irəliləmə

deltaları qabarıqlığı dənizə yönəlmiş açıq sahilində əmələ gəlir (Volqa, Ural).

Pərvari deltalar dənizə uzun və ensiz qolla tökülən külli miqdarda gətirmələri olan çayların mənsəbində əmələ gəlir (Kür). Dimdikvari delta formasına görə quş dimdiyinə oxşayır (Sulak). İki delta birləşdikdə mürəkkəb delta yaranır. Buxta deltaları çayların Laquna (dənizdən ayrılmış xırda göl) töküldüyü zaman yaranır

(Kamçatka çayı). Deltanın vəziyyəti sabit qalmır, çayın sululuğundan, çay gətirmələrinin miqdarından, dəniz qabarmaları və axınlarından asılı olaraq dəyişir.

Delta çöküntüləri çox münbitdir. Delta balıqçılıq üçün də əhəmiyyətlidir.

Lakin gəmiçilik şəraitini pisləşdirir.

Estuari dənizə və okeana tökülən qıfvari, Enli və dərin çay mənsəbidir. Estuari o zaman yaranır ki, çayın gətirmələri dənizin qabarma suları və ya dəniz axını ilə dənizə aparılır.

Çayların mənsəb hissələrinin çoxunda mənsəb barları olur. Onlar çay və dəniz tərəfindən gətirilən gətirmələr hesabına yaranır. Barlar adaaltı val olub çay mənsəbini dənizdən ayırır ki, dayaz dənizyanı sahil əmələ gətirir. Bar gəmiçilik şəraitini pisləşdirir(Peçorada).

Əgər çay birbaşa dənizə yox, özünün gətirmələri ilə yaranmış körfəzə tökülürsə, belə mənsəb liman adlanır. Liman estuarinin bir növüdür. Limanlar çox yüksək olmayan, lakin dik sahilə malikdirlər. Dnepr və Cənubi Buq çayları Qara dənizə yerdə məşhur Dnepr-Buq limanı yaranmışdır. Kuban çayının töküldüyü yer də limandır. Əgər çayların gətirmələri azdırsa, dənizə tökülən yerdə gətirmələrin çükməsinə şərait yoxdursa, dərinlik və sürət çoxdursa, onda qıfvari genişlənən

mənsəb yaranır ki, buna da estuari deyilir. Məsələn, Amazon, Ob, Elba çaylarının mənsəbləri estuari şəklindədir. Limanlar estuarinin bir növüdür. Çaylar dənizə, gölə töküldükdə bir çox qollara ayrılaraq, öz gətirmələrindən adalar yaradır. Belə çay mənsəbinin formaca yunan hərfi deltaya oxşadığı üçün həmin mənsəblərə delta deyilir. Məsələn, Volqa, Qanq, Kür çaylarının mənsəbləri delta şəklindədir.

Delta və estuaridən başqa “kor sonluq” Sarış çay. Karst rayonlarında bəzi çayların mənsəbi olmur. Çünki tamamilə çaylar sistemi ilə yerə girir və yeraltı

axıma çevrilir.

Çayların mənsəb hissələri çayların aşağı axımının bir zonasıdır ki, oranın özünəməxsus hidroloji rejimi var və bu rejim həm çay, həm də dəniz rejimindən fərqlənir.

Çayın mənsəb hissəsi 3 yerə ayrılır: 1) mənsəb yanı hissə, 2) mənsəb hissə və 3) mənsəb yanı dəniz sahili. I çayın mənsəb yanı sahəsində çay rejimidir. Onun

yuxarı sərhəddi çayın aşağı axınıdır ki, ora qovma və qabarma hadisələri daxil olmur. Aşağı sərhəddi isə əsas qollara ayrılan hissədir. II çayın mənsəb hissəsi, o mənsəb yanı sahədən aşağı sərhəddindən deltanın dəniz kənarı ilə və ya estuarinin adalar yaranan hissəsidir. Dəniz kənarı şərti xətdir. III mənsəb yanı dəniz sahili

mənsəb hissəsinin aşağı sərhədindən (dəniz kənarından), çay suyunun dəniz rejiminə təsiri cüzi olan və duzluluq ciddi artan zonasıdır.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin