St və mks” fakultəsi “Meliorasiya və stt”



Yüklə 1,1 Mb.
səhifə20/54
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#41904
1   ...   16   17   18   19   20   21   22   23   ...   54
8fe2ad1613e1a280bc7c9016f3516718

Süxur və torpaqların su-fiziki xassələri. Süxur və torpağın sululuq xassəsi, onların məsaməliyi, nəmlik tutumu, nəmliyi, suvermə, sukeçirmə və kapilyarlığı

ilə səciyyələnir.

Məsaməlilik süxurun təşkil olunduğu hissəciklərin böyüklüyündən,

formasından və yerləşmə xarakterindən asılıdır. Süxurdakı hissəciklər nə qədər bircins, eyni formalı və nə qədər kürəyəbənzər olarsa, məsaməlilik bir o qədər çox olar.

Süxurun və torpağın özündə müəyyən miqdarda su saxlama qabiliyyətinə nəmlik tutumu deyilir. Nəmlik tutumu tam, kapilyar molekulyar olur.

Süxur və ya torpaqda olan məsamələrin tamamilə su ilə doldurulması üçün

tələb olunan suyun miqdarına tam nəmlik tutumu deyilir. Tam nəmlik tutumu

suyun həcminin süxurun ümumi həcminə faizlərlə olan nisbəti kimi tapıldıqda, o

məsaməliyə bərabər olur. Məsələn, əgər tutumu 100 sm3 olan menzurkanı quru

qumla doldursaq, onda quma 35-40 sm3 su əlavə etmək olar. Bu miqdarda su, qumun tam nəmlik tutumuna bərabər olur.

Əgər menzurkada suyun sərbəst surətdə axmasına imkan verilsə, suyun hamısı axmayıb, bir hissəsi kapilyar və molekulyar qüvvələr hesabına qumda qalacaqdır. Kapilyar qüvvələrin təsiri ilə süxurların saxladıqları müəyyən miqdarda suya mütləq nəmlik tutumu deyilir. Bu zaman su məsamələri doldurmur, yalnız

hissəciklərin səthini örtür.

Təbii şəraitdə vahid zamanda süxur və ya torpağın daxilində olan suyun

ümumi miqdarına onun nəmliyi deyilir. Nəmlik, təbii halda olan nəm süxur və ya

torpaq nümunəsi çəkisinin, həmin 105-110 0C temperaturda qurulduqdan sonra

çəkisinə olan faizlərlə nisbəti kimi müəyyən edilir.

Su ilə doymuş süxurun ağırlıq qüvvəsi təsiri nəticəsində müəyyən miqdarda

sərbəst axım verməsinə suvermə qabiliyyəti deyilir. Süxur və ya torpağın verdiyi

suyun həcminin süxurun ümumi həcminə olan nisbəti suvermə əmsalı adlanır.

Suvermə əmsalı narın, dənəvər süxurda iri dənəvər süxurlara nisbətən əhəmiyyətli

dərəcədə azdır. Məsələn, bu əmsal torflu süxurlarda 40-80%,qumlu və qumsal

süxurlarda 25-15%, gilli-qumlu süxurlarda 10-15% təşkil edir. Suvermə əmsalı nə

qədər böyük olarsa, suvermə sürəti də bir o qədər çəx olar. Süxur və ya torpağın

suvermə xassəsinin çayların yeraltı sularla qidalanmasından və torpaqların

qurudulması üçün tədbirlərin görülməsində böyük əhəmiyyəti vardır. Süxur daxilindən keçə biləcək suyun miqdarı onları sukeçirmə qabiliyyəti

adlanır. Sukeçirmə qabiliyyəti süxurlarda olan məsamələrin miqdarından, böyüklüyündən və yerləşmə xüsusiyyətindən asılıdır. Bütün süxurlar sukeçirmə

qabiliyyətinə görə üç qrupa ayrılır: sukeçirən (çınqıl, çaydaşı, qum və s.), sukeçirməyən (gil, çatlı olmayan kristallik süxurlar) və zəif sukeçirən (gilli qumlar,

gillicə və s.)Süxurların sukeçirmə qabiliyyəti kəmiyyətcə süzülmə əmsəlı ilə səciyyələnir.

Süxur və ya torpaqda olan kapilyar borularda səthi gərilmə qüvvəsinin təsiri nəticəsində suyun müəyyən hündürlüyə qalxmasına kapilyarlıq deyilir. Təbiətdə yeraltı suların yerləşmə şəraiti və onların keyfiyyəti müxtəlif olduğuna görə, ayrı-ayrı tədqiqatçılar yeraltı suların təsnifatını müxtəlif prinsiplərə

görə yerinə yetirmişlər. Məsələn, V.İ.Vernadski yeraltı suların kimyəvi tərkibinə V.S.İlin isə zonal yayılmasına görə təsnifatını vermişlər.

Əksər halda yeraltı sular yerləşmə şəraitindən asılı olaraq təsnif edilir. Yeraltı sular üç əsas qrupa ayrılır: torpaq, qrunt layarası sular.



Torpaq suları yer səthinə yaxın olan aerasiya zonasında yayılmışdır. Bu sular torpaqdakı məsamə və boşlularda əmələ gəlir və bilavasitə torpaq örtüyündə olur.

Onlar torpaq hissəciklərinin səthində yerləşməklə molekulyar qüvvələrin təsiri nəticəsində hərəkət edir. Bu sular başlıca olaraq yer səthinə düşən yağıntıların

torpağa hopması və qismən su buxarının məsamələrdə kondensasiyaya uğraması nəticəsində əmələ gəlir.torpaq suları yer qabığının aerasiya zonasında yerləşdiyi

üçün meteoroloji amillərin (yağıntı, temperatur, rütubətlik, külək və s.) təsirinə məruz qalır. Buna görə də onların ehtiyatı və hərəkəti bilavasitə həmin amillərin

təsir dərəcəsi ilə müəyyən edilir. Deməli, digər yeraltı sulardan fərqli olaraq, torpaq sularının ehtiyatı fəsillərdən asılı olaraq dəyişir. Buna görə də torpaqda ən

çox nəmlik yazda, ən az isə yayda müşahidə olunur.



Qrunt suları yay və qış qıtsulu dövründə çayların əsas qida mənbəyini təşkil edir. Bunlar çay dərəsində və nisbətən çökək sahələrində yer səthinə çıxır. Bu sular

torpaq sularından aşağıda su keçirməyən süxur layları üzərində yerləşir. Qrunt suları ya hərəkətsiz yeraltı su anbarı, ya da ağırlıq qüvvəsinin təsiri nəticəsində

meyllik istiqamətində yüksək sahədən alçaq sahəyə hərəkət edən su axını şəklində olur. Onlar sərbəst səthə malik olan basqısız sulardır.

Qrunt sularının temperaturu onların hansı dərinlikdə yerləşməsindən asılıdır.

Lakin temperaturun tərəddüdü torpaq sularında olduğu kimi böyük deyildir. Əgər qrunt suları bir neçə metr dərinlikdə yerləşirsə, onda onlar (daimi donuşluq

rayonları müstəsna olmaqla) heç vaxt donmur, yayda isə qızmır. Qrunt sularının keyfiyyəti müxtəlifdir. Əksərən bu sular şirin, yumşaq, səhralarda isə çox duzlu olur. Cod qrunt sularına da rast gəlinir.



Basqısız layarası sular iki su keçirməyən süxur layı arasındakı su keçirən süxur təbəqəsində yerləşir. Qrunt sularından fərqli olaraq layarası suların aerasiya

zonası ilə əlaqəsi olmur. Buna görə də bu sular yağıntıların və çay sularının süzülməsi hesabına qidalanmır. Layarası sular sulu süxur laylarının yer səthinə çıxdığı yerlərdən qida alır. Sulu süxur horizontunun dəniz sahili, çay dərəsi və ya dərin yarğan sahələrinin aşınma nəticəsində açılmış yerlərində və çeşmələr şəklində yer səthinə çıxır.

Layarası sular qrunt sularına nisbətən yer səthindən daha böyük dərinlikdə yerləşdiyi üçün onların temperaturu demək olar ki, sabit qalır və ya il ərzində çox

az tərəddüd edir (1-2 C). Suların keyfiyyəti sulu laydakı asan həll olan duzların miqdarından asılıdır. Layarası sular yumşaq, cod və şirin ola bilər.

Bəzi hallarda layarası sular bilavasitə yer səthinə çıxa bilmir və sulu lay tamamilə dolur. Belə layarası sular hidravliki təzyiqə malik olur ki, buna da basqılı

və ya artezian suları deyilir. Artezian sularının təzyiq qüvvəsi onların qidalanma sahəsinin suyun səthə çıxdığı yerə nisbətən nə qədər yüksəkdə olmasından asılıdır.

Buruq quyusu vasitəsi ilə sulu horizontun sukeçirməyən üst layı açıldıqda hidravliki təzyiq nə qədər çox olarsa, su da bir o qədər çox yuxarı qalxır və hətta bəzən fəvvarə şəklində yer səthinə çıxır.

Layarası sular dərin horizontlarda yerləşdiyinə görə üzvi çirklənməyə məruz qalmır və təmiz olur.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin