Statistikanın obyekti və predmeti



Yüklə 146,67 Kb.
səhifə10/14
tarix30.05.2022
ölçüsü146,67 Kb.
#60054
1   ...   6   7   8   9   10   11   12   13   14
Statistika imtahan sualları

14. Qrafik təsvir vasitələri
Statistik göstəricilərin təsvirində qrafik metodların əhəmiyyəti və rolu böyükdür. Qrafiklərin analitik əhəmiyyətini müəyyən etmək üçün müxtəlif qrafik təsvirlərin qurulması üçün texnikanın dərk olunması və öyrəniməsi vacibdir. Qrafiklər düzgün qurulduqda hadisələrin analizinə, ümumiləşdirilməsinə və öyrənilməsinə dəstək olur. Qrafiklər tədqiqatın məzmununun və məqsədinin baxımlı, tez dərk olunan olmasına kömək edir. Qrafiklərin analitik əhəmiyyətinin müəyyən olunması üçün əsas məsələ baxımlı analitik nəticənin alınmasına yardım edən qrafik təsvir formasının seçilməsidir.
Müxtəlif qrafik təsvir vasitələrini aşağıdakı ümumi elementlər birləşdirir: qrafik obraz, qrafik sahəsi, koordinat sistemi və miqyaslı oriyentirlər.
Qrafik obraz - həndəsi işarələr, nöqtələr məcmusu, xətlər, fiqurlar və s. vasitələrin köməyi ilə statistik həcmlərin təsvir olunmasıdır.
Qrafik saha - həndəsi işarələrin yerləşdirildiyi fəzadır.
Miqyas oriyentiri - statistik qrafikin bu parametri miqyas və miqyas şkalası ilə müəyyən olunur. Miqyas rəqəmsal həcmdən qrafik həcmə keçmə ölçüsü, miqyas şkalası isə müəyyən nöqtələrin müəyyən rəqəmlər kimi oxunmasını təmin edə bilən xətdir.
Şkala müəyyən ardıcıllıqla düzülmüş xətt və onda qeyd olunmuş nöqtələrdən ibarətdir. Şkalalar bərabər və qeyribərabər ölçülü ola bilər. Bərabarölçülü olmayan şkalalara loqarifmik şkalalan nümunə göstərmək olar. Belə ki, bu şkalalardakı parçalar təsvir olunmuş həcmə yox, onun loqarifminə uyğun olur.
Qrafik və dioqramlarda statistik xarakteristikaların aid olduğu ərazilər fəza oriyentiri kimi ştrixlənir. Əsas statistik təsvir vasitələrindən hesab olunan sütımvari dioqramlar şaquli şəkildə olan düzbucaqlardan ibarət olur. Bu dioqramlar qurularkən sütunun hündürlüyünü müəyyən edən şkala “0”-dan başlamalıdır, kəsilməz olmalıdır. Sütunların oturacaqları bərabərölçülü, ya bir-birinə birləşmiş vəziyyətdə, ya da bir-birindən eyni məsafədə yerləşməlidirlər. Kəmiyyətcə ifadə oluna yazılar həm şkala üzərində, həm də sütunlarda ola bilər.

Zolaqlı dioqramalar - üfiiqi şəkiİdə düzbucaqlardan tərtib olunur. Miqyas şkalası kimi üfüqi ox çıxış edir. Zolaqlı və düzbucaqlı dioqramlardan fərqli olaraq kvadrat və dairəvi dioqramlarda təsvir olunan hadisənin həcmi sahənin ölçüsü ilə ifadə olunur.


Yüklə 146,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin