15. Strukturun statistik analizi Sənaye, kənd təsərrüfatı istehsalı, maliyyə, kommersiya, demoqrafiya, sosial və siyasi sferada baş verən hadisə və proseslərin öyrənilməsi zamanla bağlı dəyişmələr baş verən daxili strukturla izah olunur. Strukturun dinamik şəkildə dəyişməsi tədqiq olunan hadisələrin iqtisadi mahiyyətinin, daxili məzmununun, formalaşmış əlaqələrinin dəyişməsinə gətirir. Bu səbəbdən struktur və struktur dəyişmələrinin öyrənilməsi Statistikanın ümumi nəzəriyyəsi kursunda əhəmiyyətli yer tutur. Struktur qrupdaxili asılılıqlarla xarakterizə olunan və külliyyatı tam vahid bir obyekt kimi səciyyələndirən vahidlər toplusu kimi qiymətləndirmək olar.
Struktur - ayn-ayn elementlərdən və ya qruplardan təşkil olunmuş külliyyatın, çoxluğun quruluşu, təşkil olunma formasıdır. Struktur ayn-ayn elementlərin ümumi külliyyatdakı xüsusi çəkisi ilə xarakterizə olunur.
Hadisələrin strukturu üç istiqamətdə öyrənilir:
- iki və daha artıq zaman periodlanna görə külliyyatın ayn-ayn hissələrinin struktur dəyişmələrinin tədqiqi;
Külliyyatın tam şəkildə struktur dəyişmələrinin ümumiləşmiş xarakteristikalannın tədqiqi;
- Konsentrasiya və mərkəzləşmə dərəcələrinin qiymətləndirilməsi.
16. Orta göstəricilər Sosial-iqtisadi hadisə və prosesləri tədqiq edərək qanunauyğunluq və tendensiyaların analizi üçün ümumiləşdirici göstəricilərdən geniş istifadə olunur. Orta göstəricilər hadisələri ümumiləşdirərək tədqiqat prosesini daha rahat edir. Orta göstərici - konkret zaman və məkan şəraitində statistik məcmuda, çoxluqda əlamətə görə kəmiyyət xarakteristikalarının ümumiləşdirilmiş göstəriciləridir.
Statistik tədqiqatlarda orta göstəricilər böyük əhəmiyyət kəsb edir. Ümumi külliyyatdakı vahidlərin sayı çox olduqca, bircins olduqca orta göstəricilər bir o qədər etibarlı sayılır. Bu, statistikanın “Ən böyük ədədlər” qanunu ilə izah olunur. Orta göstəricilər hesablanma qaydasından asılı olaraq sadə və çəkili formalarda olur.
Sadə orla göstəricilər ədədi orta əsasında hesablanır:
burada xi, külliyyatdakı vahidlər, yəni əsas əlamət; n külliyyatdakı vahidlərin sayıdır.
Çəkili orta göstəricilər çəki əlaməti əsasında aşağıdakı kimi hesablanır:
burada yt çəki əlamətləridir.
Statistik hesablamalarda istifadə olunan bütün orta göstəricilər dərəcəli orta göstəricilərdir. Ümumi forması aşağıdakı şəkildə olan dərəcəli orta göstəricilər dərəcə dəyişdikcə formasını dəyişir:
к - 1 olduqda - sadə;
к = 2 olduqda - kvadratik;
Eyni ilkin göstəricilər əsasında hesablamalar apardıqda orta göstəricilərin hər bir növü üzrə fərqli nəticələr almır. Nəticələrə əsasən dərəcəli orta göstəriciləri azalan qaydada ranqlaşdırdıqda
almır. Bu bərabərsizlik orta göstəricilərin majorantlıq xassəsi adlanır.