507) Udqunma aktı zamanı üst çıxan protez tərpənirsə protezin hansı kənarı korreksiya edilməlidir? A) Tuber maksilla sahəsi
B) Yalnız A xətti nahiyəsi
C) A xətti nahiyəsi və frontal dişlər nahiyəsi
D) Yalnız frontal dişlər nahiyəsi
E) Yan dişlər nahiyəsi
Москва " МЕДпресс-информ " 2006 стр. 50
508) Dili sağa əyib yanağın iç tərəfinə toxundurduqda alt çənə protezi tərpənirsə onun hansı kənarını korreksiya etmək lazımdır? A) Dil yüyəni və çənəaltı əzələyə söykənən kənarı
B) Sağ və sol yan dişlər nahiyyəsi
C) Protezin sağ çənə - dilaltı əzələyə söykənən kənarı
D) Ön dişlər nahiyəsi
E) Protezin sol çənə - dilaltı əzələyə söykənən kənarından öndə yerləşən hissəsi
509) Dil alt dişsiz çənədə tam çıxan protezin fiksasiyasına şərait yaradan orqandırmı? A) Dil sakit zamanı şərait yaratmır
B) Fiksasiyaya şərait yaradan orqan deyil
C) Fiksasiyaya şərait yaradan orqandır
D) Dil sakit zamanı şərait yaradır
E) Fiksasiya neytral mövqedə olur
510) Klammerli protezlərdə klamerin passiv hissəsi dişdə hansı nahiyədə yerləşir? A) Frontal dişlərin kəsici hissəsində
B) Dişin boyun hissəsində
C) Klinik ekvatordan aşağıda
D) Klinik ekvatordan yuxarıda
E) Azı dişlərin qabarı arasında
511) Klammerli protezlərdə klammerin aktiv hissəsi dişin hansı nahiyəsində yerləşir? A) Azı dişlərin qabarı arasında
B) Klinik ekvatordan aşağıda
C) Klinik ekvatordan yuxarıda
D) Frontal dişlərin kəsici hissəsində
E) Dişin boyun hissəsində
512) Çıxan protezləmədə üst mərkəzi dişlər hansı hərfi tələffüz edərkən alt dodağın qırmızı haşiyəsinə toxunmalıdır? A) C
B) F
C) S
D) Ş
E) P
Москва " МЕДпресс-информ " 2006 cтр. 119