312) Candida göbələyinin inkişafı üçün optimal mühit hansıdır? A) Zəif qələvi
B) Neytral
C) Quru
D) Yüksək konsentrasiyalı qələvi mühit
E) Turş
313) Kandidoz zamanı ərpin tərkibində nə aşkarlanır? A) Atipik epitel hüceyrələri
B) Plazmatik hüceyrələr
C) Neytrofillər və deskvamasiyaya uğramış epitel hüceyrələri
D) Blastospor və psevdomitseli
E) Akantolitik hüceyrələr
314) Bakterioloji müayinə kandidoz diaqnozunu təsdiqlədikdə nə edilir? A) Zədə zonası kriodestruksiya edilir
B) Dinamik müşahidə aparılır və təkrari yaxma götürülür
C) Zədə zonası yandırıcı preparatlarla işlənilir
D) Zədə zonası koaqulyasiya edilir
E) Müalicə aparılır və təkrari yaxma götürülür
315) Kandidozun dərman müalicəsi nəyə istiqamətlənməlidir? A) Ağrını kəsməyə
B) Candida tipli göbələyin inkişafının tormozlanmasına
C) Epitelizasiyaya
D) Detoksikasiyaya
E) Orqanizmin hiposensibilizasiyasına
316) Göbələk mənşəli anqulyar xeylit zamanı hansı dərman forması effektiv hesab olunur? A) İnyeksiyalar şəklində
B) Məlhəm şəklində
C) İnhalyasiya halında
D) Həb şəklində
E) Maye halında
317) Göbələk əleyhinə aparılan müalicə hansı xarakterli hesab olunur? A) Etiotrop
B) İmmunokorreksion
C) Antiallergik
D) Simptomatik
E) Patogenetik
318) Kandidozun müalicəsi hansı məqsəd daşıyır? A) Orqanizmin desensibilizasiyası
B) İnfeksiya ocağının ləğvi
C) Normal mikrofloranın bərpası
D) İmmunokorreksiya
E) Detoksikasiya
319) Kandidozun profilaktikası məqsədi ilə təyin olunan Flukonazolun sutkalıq (Diflükan, Diflazol) dozası nə qədərdir? A) 2-15 mq
B) 50-100 mq
C) 150-200 mq
D) 100-150 mq
E) 25-50 mq