232) Alveolarası çəpərin rezorbsiyası hansı xəstəlik üçün xarakterikdir?
A) Parodontoz
B) Deskvamativ gingivit
C) Hipertrofik gingivit
D) Kataral gingivit
E) Parodontit
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
233) Parodontitin cərrahi müalicəsi hansı əlamətlər əsasında seçilir?
A) Xəstənin şikayətləri
B) Parodontal cibin dərinliyi
C) Xəstənin yaşı
D) Xəstəliyin müddəti
E) Xəstənin ümumi vəziyyəti
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
234) Parodontoloji müalicələr zamanı ağız boşluğunu yaxalamaq üçün xlorheksidin məhlulunun hansı konsentrasiyasından istifadə edilir?
A) 0,05%
B) 2%
C) 0,02-2%
D) 0,5%
E) 0,1%
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
235) Parodontologiyada leykositlərin miqrasion aktivliyini qiymətləndirmək üçün hansı sınaqdan istifadə olunur?
A) Kavetski sınağından
B) Kotzschke sınağından
C) Yasinovski sınağından
D) Kulajenko sınağından
E) Şiller-Pisarev sınağından
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
236) Kataral gingivitlərdə ağız boşluğu hidrogen-peroksidinin hansı konsentrasiyalı məhlulu ilə işlənir?
A) 0,1%-li
B) 1%-li
C) 5%-li
D) 3%-li
E) 0,5%-li
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |