91) Aşağı çənədə periodontal yarığın eni nə qədərdir?
A) 0,8-1,0 mm
B) 0,15-0,22 mm
C) 0,05-0,1 mm
D) 0,5-0,7 mm
E) 0,3-0,4 mm
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
92) Yuxarı çənədə periodontal yarığın eni nə qədərdir?
A) 0,20-0,25 mm
B) 0,8-1 mm
C) 0,1-0,2 mm
D) 0,5-0,7 mm
E) 0,3-0,4 mm
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
93) Xroniki periodontitin destruktiv formalarında sümük toxumasında baş verən dəyişikliklərin bərpasının minimal müddəti nə qədərdir?
A) 18-24 ay
B) 12-18 ay
C) 1-2 ay
D) 2-6 ay
E) 6-9 ay
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
94) Periodontitlər zamanı kök kanallarının proteolitik fermentlərlə yuyulması nə məqsəd daşıyır?
A) Pulpanın qalıqlarını əritmək
B) Kanalların doldurulmasını asanlaşdırmaq
C) Kanalları genişləndirmək
D) Periapikal nahiyədə iltihab ocağına təsir etmək
E) Mikrokanallardakı patogen floraya təsir etmək
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
95) Plomblamadan əvvəl kök kanalının plomblamaya hazırlanması zamanı hansı alətdən istifadə edilir?
A) Şarvari bordan
B) Hedstremdən
C) Kök iynəsindən
D) Kanal doldurucudan
E) Plaqqerdən
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
96) Rentgenoqrafik apeksdən fizioloji zirvə dəliyinə kimi təxmini məsafə nə qədərdir?
A) 4-5 mm
B) 3-4 mm
C) 0,1-0,5 mm
D) 0,5-1 mm
E) 2-3 mm
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
97) Lateral kondensasiya üsulu ilə kök kanallarının plomblanmasında hansı sayda huttaperça ştiftindən istifadə olunur?
A) İki-üç
B) Tələb olunan sayda
C) Bir-iki
D) Dörd-beş
E) Bir
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |