1. Pulpanın elektrik qıcıqlanmasının təyini
2. Rentgenoqrafiya
3. Zondlama
4. Termometriya
5. Perkussiya
A) 3, 4
B) 2, 3
C) 1, 2, 5
D) 1, 3, 4
E) 2, 3, 5
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
107) Periodontitin müalicəsində diş hermetikliyə tab gətirmirsə, kanallar nə ilə işlənilməlidir?
A) İltihab əlehinə qeyri-steroid preparatlarla
B) Qlükokortikosteroid və antibiotiklərlə
C) Antibiotiklərlə
D) Fermentlərlə
E) Dezinfeksiyaedici məhlullarla
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
108) Periodontitli dişdə zondlama zamanı ağrı və kanaldan qanaxma baş verdikdə hansı taktika seçilməlidir?
A) Mərgümüş pastasından istifadə etməli, çünki belə dişlər pulpit kimi müalicə olunmalıdır
B) Diatermokoaqulyasiya aparılmalı və diş birbaşa plomblanmalıdır
C) Diş çəkilməlidir, çünki sonra qranulyasion toxuma dentini və kök sementini rezorbsiyaya uğradacaq
D) Elektroodontometriya aparılmalıdır
E) Diş müalicəvi sarğı qoyulmaqla bağlanmalıdır
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
109) Aşağıdakılardan hansı kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara qoyulan tələblərə aid deyil?
A) Bioloji tolerantlıq
B) Rentgenokontrastlılıq
C) Yaxşı hermetiklik və kanala asan daxil edilmə
D) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olma
E) Tez bərkimə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
110) Nə üçün yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olmaz?
A) Antiseptik və mumifikasiya edici təsir göstərdiyinə görə
B) Periodontu qıcıqlandırdığına və dişin rəngini dəyişdiyinə görə
C) Prosesi kəskinləşdirdiyinə, bununla da sağalma prosesini sürətləndirdiyinə görə
D) Sağalma prosesini ləngitdiyinə görə
E) Kanalın hermetikliyini təmin etdiyinə görə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
111) Nə üçün xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılmır?
A) Prosesin kəskinləşməsinə səbəb olduğuna görə
B) Kök kanallarının tam hermetikliyini təmin etmədiyinə görə
C) Dişlərin rəngini dəyişdiyinə görə
D) Sümük toxumasının regenerasiyasını stimulyasiya etməsinə görə
E) Bakteriosid təsirə malik olduğuna görə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
112) Kanal doldurulduqdan bilavasitə sonra baş verən ağrıları aradan qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?
A) Antibiotiklərin inyeksiyası
B) Diadinamik elektrik cərəyanı
C) Keçid pərdəyə lidokain blokadası
D) Keçid pərdəyə hidrokortizon inyeksiyası
E) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |