242) Şüa terapiyasından əvvəl kariesli dişlərdə hansı əməliyyat aparılmalıdır?
A) Kompozitlərlə plomblanmalıdır
B) Çəkilməlidir
C) Xüsusi tədbirlər görmək vacib deyil
D) Plastmas qapaqlar taxılmalıdır
E) Amalqama ilə plomblanmalıdır
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
243) Şüa terapiyası zamanı metal konstruksiyalarda baş verən ikincili şüalanmanın dərinliyi nə qədər olur?
A) 4-5 mm
B) 0,5-1 mm
C) 1-2 mm
D) 2-3 mm
E) 3-4 mm
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
244) Şüa terapiyasından əvvəl ağız boşluğundakı metal konstruksiyalarla hansı tədbir görülməsi məsləhətdir?
A) Metal konstruksiyalar saxlanıla bilər
B) Metal konstruksiyalar müvəqqəti olaraq xaric edilməlidir
C) Plastmas kappalarla örtmək
D) Metal konstruksiyalar həmişəlik xaric edilməlidir
E) Keramik və ya plastmass konstruksiyalarla əvəzlənməlidir
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |