229) Yastı (hamar) leykoplagiyanın əsas zədə elementi hansıdır?
A) Düyün
B) Atrofiya
C) Ləkə
D) Şişkinlik
E) Hiperkeratotik ləkə
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
230) Ağız boşluğunun selikli qişasının travmatik xorası zamanı sitoloji olaraq nə aşkarlanır?
A) Langerhans hüceyrələri
B) Plazmatik hüceyrələr
C) İltihab elementləri
D) Atipik epitel hüceyrələri
E) Akantolitik hüceyrələr
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
231) Travmatik faktor aradan götürüldükdən sonra sağalmaya meyillilik hansı xoralar üçün xarakterikdir?
A) Travmatik xoralar üçün
B) Spesifik xora üçün
C) Xərçəng xorası üçün
D) Şüalanma xorası üçün
E) Vərəm xorası üçün
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
232) Qırmızı yastı dəmrovun ağız boşluğunun selikli qişasında müşahidə olunan klinik əlamətləri hansılardır?
A) Kiçik, sferik, mavi-perlamutrvari düyüncüklərin selik qişa üzərində Uikxem toru əmələ gətirməsi
B) Yanağın ön şöbəsində,ətraf toxumalardan kəskin hüdudlanmış boz-ağ rəngli zona
C) Ətrafı nazik hiperemik xətlə hüdudlanmış, ətraf toxumalardan kəskin hüdudlanan və azacıq hündürə qalxmış ağ-boz rəngli zona
D) Azacıq hiperemiyalı və masserasiyalı fonda boz-ağ rəngli qismən qaşına bilən ərp zonası
E) Ətraf toxumalardan dəqiq haşiyə ilə ayrılan mavi-perlamutrvari keratoz və atrofiya zonası
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |