216) Parodontoz zamanı diş əti necə olur?
A) Açıq çəhrayı rəngdə
B) Hipertrofik
C) Ödemli
D) Hiperemiyalaşmış
E) Sianotik
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
217) Diş ətinin iltihabı hansı xəstəlik üçün xarakterikdir?
A) Parodontoz
B) Qlandulyar xeylit
C) Parodontit
D) Parotit
E) Deskvamativ qlossit
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
218) Parodontal diş əti cibinin küretajı zamanı oradan nə xaric edilir?
A) Diş əti üstü diş daşları, qranulyasion toxuma və diş əti epitelisi
B) Diş əti altı diş daşları və qranulyasion toxuma
C) Diş əti altı və diş əti üstü diş daşları
D) Diş əti altı diş daşları, qranulyasion toxuma və diş əti epitelisi
E) Diş əti üstü diş daşları və qranulyasion toxuma
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
219) Cərrahi əməliyyatdan sonra diş əti ciblərinin kontrol baxışını nə zaman aparmaq məqsədəuyğundur?
A) 3 aydan sonra
B) 1 aydan sonra
C) 10 gündən sonra
D) 1 həfdədən sonra
E) 6 aydan sonra
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |