405) Orqanizmin qeyri-spesifik müdafiə faktorları dedikdə nə nəzərdə tutulur?
A) Spesifik hüceyrələrin faqositar funksiyası
B) Mikroorqanizmlərə qarşı kompleks (fizioloji və kimyəvi) təsir
C) Konkret antigenə qarşı antitel hazırlanması
D) Mikroorqanizmlərə qarşı kimyəvi təsir
E) Bakterial hüceyrələrə fizioloji təsir
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
406) Spesifik müdafiə mexanizmi nədir?
A) Makrofaqların fəaliyyəti
B) Orqanizmdə antitellərin mövcudluğu
C) Konkret antigenə qarşı təsir edən immunoqlobulinlərin sintezi
D) Yadxassəli hüceyrələrə qarşı ferməntlərin təsiri
E) Orqanizmdə faqositozun mövcudluğu
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
407) Ağız boşluğunda qeyri-spesifik müdafiə mexanizmlərinin təsiri nə zaman baş verir?
A) Yad cismin orqanizmə düşməsindən bir sutka sonra
B) Müdafiənin formalaşmasına tələb olunan vaxt keçdikdən sonra
C) Yad cismin orqanizmə düşməsindən 1-2 həftə sonra
D) İmmunoqlobulinlərin ifrazına tələb olunan vaxt keçikdən sonra
E) Yad cisim orqanizmə orqanizmə düşdüyü andan
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |