STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
333
ci il iyun ayının 17-də elan edilmiş 2-ci kabinəsində hərbi nazir vəzifəsi
ixtisara salınmışdı [23, 453].
Azərbaycanın milli hərbi qüvvələri ilə Azərbaycana gəlmiş Osmanlı
hərbi qüvvələrinin bazasında yaradılan Qafqaz İslam Ordusuna Osmanlı
dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşa komandan təyin
edildi və Azərbaycan hökuməti bu ordunun fəaliyyətinə və Azərbaycan
ordusunun təşkilatlandırılmasına rəhbərliyi də Nuru paşaya həvalə etdi
[18, 45].
Milli ordu strukturlarının təşkilatlanmasını sürətləndirmək məsədilə
Azərbaycan hökumətinin 19 iyun
1918-ci il tarixli qərarına əsasən ölkə
ərazisində hərbi vəziyyət elan edildi.
Hələ Cümhuriyyətin elan edilməsindən
əvvəl təşkilinə başlanılmış Müsəlman
korpusu 1918-ci il iyun ayının 26-da
Əlahiddə Azərbaycan korpusu elan edil-
di, 1918-ci il iyul ayının 11-də isə çağırış
yaşına çatmış müsəlman əhalinin orduya
çağırılması haqqında qərar qəbul edildi
[28, 16-21].
Məlumdur ki, Qafqaz İslam Ordusu-
nun fəaliyyətinin əsasını 1918-ci ilin ya-
yında erməni-bolşevik qüvvələrinə qarşı
mübarizə aparmaq təşkil edirdi. 1918-ci
ilin iyun ayının ortalarında Qafqaz İslam
Ordusunun Qaraməryəm ətrafından başlayan uğurlu hərbi yürüşü 1918-
ci il sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsi ilə başa çatdı. Bun-
dan sonra Azərbaycanın milli hərbi strukturlarının təşkilatlandırılmasına
diqqət bir qədər artırıldı. Bu istiqamətdə görülməli işlərin sürətləndirilməsi
üçün Azərbaycan hökumətinin tərkibində hərbi məsələlər üzrə müvəkkil
vəzifəsi təsis edildi və İ.Ziyadxanov bu vəzifəyə təyin edildi [28, 24].
1918-ci il oktyabrın 11-də “Azərbaycan hökumətinin əsgəri
mükəlləfiyyətinin müvəqqəti qanunu” mətbuatda çap edilməklə qüvvəyə
mindi [21]. 1918-ci il oktyabrın 17-də Gəncədəki hərbi məktəbin ilk bu-
raxılışı oldu və Azərbaycan daxilində yetişdirilmiş ilk milli hərbi kadrlar
Azərbaycan ordusuna göndərildi [28, 27-33]. Azərbaycan hökuməti özü-
nün 23 oktyabr 1918-ci il tarixli iclasında Cümhuriyyətin Hərbi Nazirliyinin
bərpa edilməsi barəsində məsələni müzakirə etdi [29, 28]. Milli ordunun
1-ci və 2-ci piyada diviziyalarının yenidən qurulmasına başlanıldı. Nəzərdə
tutulmuşdu ki, türk hərbi qüvvələri bu diviziyaların təşkilatlandırılmasında
Dostları ilə paylaş: |