Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə14/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

343

1919-cu ildə Cümhuriyyət ordusunun hissələrinin, əlahiddə taborları-

nın və hərbi məktəblərinin döyüş bayraqlarının hazırlanmasına başlandı. 

Milli dəyərlər əsasında hazırlanmalı olan bu bayraqların təqdim edilməsi 

hərbi hissənin Cümhuriyyət ordusuna mənsubluğunu təsdiq etməli idi. 

Hərbi Nazirliyin Topoqrafiya İdarəsi tərəfindən bu bayraqların layihələri 

hazırlandı və müəyyən müzakirələrdən sonra qəbul edildi.

Döyüş  bayrağının  təsvirinin  elan  olunması  ilə  bağlı  hərbi  nazirin 

əmrində qeyd olunurdu ki, təsdiq edilmiş layihənin əsasında indiki dövrdə 

xalqın milli şüurunun inkişafı, məscid və kitabələrdə, habelə Əmir Teymur 

və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim 

memarlıq nişanələri dayanmışdır ki, onlar indi Azərbaycan xalqı üçün də 

əzizdir [5, 157]. Lakin 1920-ci ilin aprel işğalına qədər bu bayraqları hazır-

layıb hərbi hissələrə təqdim etmək mümkün olmadı.

1919-cu ilin yayında Cümhuriyyət ordusunun tərkibində artıq bir sü-

vari və iki piyada diviziyası, həmçinin digər əlahiddə hissə və bölmələr var 

idi. 2-ci piyada diviziyasının təşkilinə hərbi nazirin 14 iyul 1919-cu il tarixli 

əmri ilə başlandı. Bundan sonra 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə 

piyada alayları 1-ci piyada diviziyasının, 4-cü Quba və 5-ci Bakı piyada 

alayları isə 2-ci piyada diviziyasının tərkibinə verildi. 1919-cu ilin oktyabr 

ayında formalaşdırılması başa çatan 6-cı Göyçay piyada alayı da 2-ci pi-

yada diviziyasının tərkibinə daxil edildi. Süvari diviziyasının tərkibində isə 

1-ci Tatar, 2-ci Qarabağ və 3-cü Şəki süvari alayları birləşmişdi [22, 178-

179]. 


Ordunun təchizatının yaxşılaşdırılması və ölkənin müdafiəsinin daha 

da  gücləndirilməsi  üçün  daxili  potensial  səfərbərliyə  alınmaqla  yanaşı, 

həm də fəal siyasət yeridilirdi. Həm müttəfiq dövlətlər, həm nüfuzlu dün-

ya dövlətləri, həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin qurulmasına 

cəhd  göstərilirdi.  Bu  baxımdan  Gürcüstanla  hərbi-texniki  əməkdaşlığın 

gücləndirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Bu  əməkdaşlığın  hüqu-

qi bazası kimi 1919-cu il iyun ayının 16-da iki respublika arasında hərbi 

saziş  imzalandı.  Sazişi  Azərbaycan  hökuməti  tərəfindən  xarici  işlər  na-

ziri  M.Cəfərov,  hərbi  nazir  S.Mehmandarov  və  Baş  Ərkani-hərbin  rəisi 

M.Sulkeviç imzaladılar. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişin 

mahiyyəti  ondan  ibarət  idi  ki,  bu  respublikalardan  hər  hansı  biri  xarici 

hərbi müdaxiləyə məruz qalacağı təqdirdə digər respublika ona razılaşdı-

rılmış köməyi göstərsin. Tərəflərin razılığına əsasən, Cənubi Qafqaz res-

publikası kimi Ermənistana da 2 həftə ərzində bu müqaviləyə qoşulmaq 

hüququ verilirdi. Ancaq qonşularının torpaqlarına göz dikən Ermənistan 

bu müqaviləyə qoşulmadı [31, 32-33].

Göstərilən  sazişdən  əlavə  Azərbaycan-la  Gürcüstan  arasında  hərbi-




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin