Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə17/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

346 

3.Cümhuriyyət ordusunun döyüş fəaliyyəti

1919-cu ilin avqustunda Cümhuriyyət ordusunun artıq kifayət qədər 

formalaşmış hərbi hissələri Lənkəran bölgəsinin Azərbaycan hökumətinə 

tabe olamayan qiyamçı qüvvələrdən təmizlənməsi məqsədilə planlaşdırı-

lan Lənkəran əməliyyatını uğurla yerinə yetirdilər. Çar Rusiyası dövründə 

bu  bölgədə  29-cu  sərhəd  briqadası  yerləşdirilmişdi.  Azərbaycan 

müstəqilliyini  elan  edəndə  bu  briqadanın  şəxsi  heyəti  respublika 

hökumətini tanımaq istəmədi. Lənkəran yürüşü həyata keçirildiyi zaman 

bölgə  bu  briqadanın  şovinist  zabit  və  əsgər  heyətinin  nəzarəti  altında 

idi.  Onların  iddiasında  olduğu  separatizmin  aradan  qaldırılması  üçün 

Azərbaycan hökuməti 1919-cu ilin avqust ayında bölgəyə Cümhuriyyətin 

hərbi qüvvələrinin göndərilməsini qərara aldı.  Bu qərara müvafiq olaraq 

hərbi  nazir  1919-cu  il  avqust  ayının  4-də  müvafiq  əmr  imzaladı  və  bu 

əmrlə Lənkərana göndərmək üçün xüsusi Lənkəran dəstəsi formalaşdı-

rıldı. General-mayor Həbib bəy Səlimov bu dəstənin rəhbəri təyin edildi. 

Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yün-

gül topçu, 6-cı dağ topçu və əlahiddə haubitsa batareyaları,  istehkam 

tağımı və zirehli maşınlar tağımı daxil idi.  

Ümumiyyətlə, ilk döyüş tapşırığının icrasına yollanan Lənkəran dəstəsi 

avqust ayının 12-də Hacıqabulda toplanmış, ayın 13-də oradan Lənkərana 

doğru hərəkətə başlamış, avqustun 23-də isə Lənkərana çatmışdı. Dəstə 

bölgəyə toplaşmış qiyamçı qüvvələri tərk-silah etmiş və çoxlu sayda silah 

toplanaraq Bakıya göndərilmişdi [16, 299].

Cümhuriyyət  ordusunun  daha  genişmiqyaslı  döyüş  fəaliyyəti 

isə  erməni  təcavüzkar  qüvvələrinin  qarşısının  alınması  ilə  bağlıdır. 

Əslində, Cümhuriyyətin bütün möcudluğu dövründə Ermənistan hərbi 

qüvvələrinin  Azərbaycana  qarşı  təcavüzü  davam  etmişdi.  Azərbaycan 

hökumətinin  və  Hərbi  Nazirliyin  həyata  keçirdiyi  qətiyyətli  tədbirlər 

nəticəsində  bu  təcavüzlərin  qarşısını  almaq  mümkün  olmuşdu.  1920-

ci ilin martında isə bu təcavüz daha geniş və qanlı xarakter aldı. Belə 

ki,  1920-ci il mart ayının 22-dən 23-nə keçən gecə, Novruz bayramı 

günlərində  erməni  hərbi  qüvvələri  eyni  vaxtda  Şuşada,  Xankəndidə, 

Əsgəranda,  Xocalıda  və  Tərtərdə  yerləşən  Cümhuriyyət  ordusu 

bölmələri üzərinə hücuma keçdilər [23, 127]. Ermənistan hərbi qüvvələri 

Qarabağ  ərazisində  yaradılmış  separatçı  qüvvələrlə  birlikdə  dörd 

istiqamətdən Azərbaycan ərazilərinin işğalına cəhd göstərdilər: 1) Qa-

zax-Ağstafa, 2) Cəbrayıl, 3) Ağdərə-Tərtər və 4) Şuşa-Əsgəran-Ağdam 

istiqamətlərindən  başlanan  hücumlar  kütləvi  dağıntılarla  da  müşayiət 

olunurdu.  Ermənistan  siyasi  rəhbərliyinin  və  hərbi  komandanlığının 




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin