STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
348
Şahidlərin ifadəsinə görə, Səməd bəy Mehmandarov 1920-ci il ap-
rel ayının 2-3-də Qarabağda oldu və Azərbaycan ordusunun hissə və
bölmələrinin ölkənin ərazi bütövlüyünün müdafiəsi sahəsindəki fədakar
mübarizəsini yüksək qiymətləndirdi və bundan məmnun olduğunu
gizlətmədi. Bölgədəki zabitlərlə görüşündə o belə demişdi: “Çox şadam
ki, həyatımın son illərini doğma xalqıma xidmətə həsr edə bildim. Gənc
ordumuz ümidlərimi doğrultdu. Qarşıya qoyulan vəzifənin öhdəsindən
şərəflə gəldi. Zabitlərə təşəkkürümü çatdırın, əsgərlərə isə ürəkdən “Sağ
ol!” deyin” [25].
Lakin Qarabağdakı güclü erməni təcavüzünü dəf etmək mümkün olsa
da, şimaldan yaxınlaşmaqda olan bolşevik hərbi təhlükəsinin qarşısı-
nı almaq mümkün olmadı. Çünki Qarabağda və Ermənistanla sərhəddə
erməni təcavüzü başlayanda şimal sərhədini qoruyan hərbi qüvvələr də
Qarabağa göndərilmişdi. Nəticədə şimal sərhədlərinin müdafiəsi xey-
li zəifləmişdi. Qarabağda aparılan ağır döyüşlərdə itkilərlə rastlaşmış
Azərbaycan hissələrinin bərpa edilib şimala göndərilməsi bir tərəfdən
müəyyən vaxt tələb edirdi, digər tərəfdən isə Qarabağın özünün
müdafiəsinin zəiflədilməsi erməni təcavüzünün yenidən alovlanmasına
yol aça bilərdi.
Aprel işğalı ərəfəsində şimal sərhədlərinin mühafizəsinə isə çox az
sayda hərbi qüvvə saxlanmışdı. 1920-ci il aprel ayının 25-nə aid olan bir
məlumata görə, 4-cü Quba alayının 4 piyada bölüyü, dağ batareyası və
bir zirehli qatardan ibarət qüvvə var idi. Piyada bölüklərindən biri Yala-
mada, biri Şirvanda, 2 bölük və bir batareya isə Xudatda dayanırdı. Zirehli
qatarla dəstənin qərargahı da Xaçmazda yerləşdirilmişdi. Konkret tari-
xi şəraitdə şimal sərhədinin qorunmasına bu dəstə məsuliyyət daşıyırdı
[11, 284]. Azərbaycanın işğalı üçün şimal sərhədlərinə gətirilmiş bolşevik
hərbi qüvvələri isə bolşevik mənbələrinə görə, 72472 nəfər idi. Bu sayda
olan bolşevik qüvvələrini 6 ədəd zirehli qatar, dənizdən isə Volqa-Xəzər
hərbi donanması müşayiət edirdi [30, 19].
Cümhuriyyət ordusunun şimal sərhədi boyunca yerləşdirilmiş azsay-
lı hərbi qüvvələri bolşevik təcavüzünün qarşısını almağa cəhd göstərsə
də, sayca çox olan və güclü hərbi texnika ilə təchiz edilmiş bolşevik
qüvvələrinin qarşısını almaq mümkün olmadı.
Nəticə
AXC ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütövlükdə
Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər
şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami