Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə11/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

340 

heyətə qarşı intizamsızlığın özünü göstərməsi bütünlükdə əhali arasında 

hərbi xidmətə olan etimadı kifayət qədər zəiflətmişdi. Əvvəllər xidmətə 

cəlb  olunanlara  qarşı  bəzi  zabitlər  tərəfindən  fiziki  cəzaların  tətbiq 

edilməsi, onların şəxsiyyətlərinin təhqir olunması, yaşayış şəraitlərinin ən 

adi tələblərə cavab verməməsi fərariliyin də kütləvi hal almasına zəmin 

yaratmışdı. Ona görə də Hərbi Nazirliyin rəhbərliyi bir tərəfdən çağırış 

işinin yeni sistemini yaratmalı idisə, digər tərəfdən də fərariliyin aradan 

qaldırılması üçün səmərəli tədbirlər həyata keçirilməsinə nail olmalı idi. 

Müvafiq hökumət strukturları, o cümlədən də Daxili İşlər Nazirliyi ilə qar-

şılıqlı  fəaliyyətin  düzgün  qurulması  nəticəsində  tezliklə  bu  sahədə  də 

müsbət dəyişikliklər özünü göstərməyə başladı.

Hərbi Nazirliyin rəhbərliyi ilk növbədə ordunun şəxsi heyəti arasında 

mövcud olan fərarilik hallarının səbəblərini müəyyənləşdirdi və sonra da 

bu səbəblərin aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirməyə 

başladı.  Burada  həm  obyektiv,  həm  də  subyektiv  səbəblər  mövcud  idi. 

Məlumdur ki, Çar Rusiyası dövründə azərbaycanlılar hərbi xidmətə çağı-

rılmırdılar və ona görə də Azərbaycanda çağırış işlərini həyata keçirəcək 

strukturların  kifayət  qədər  fəaliyyət  təcrübəsi  yox  idi.  Çağırış  işləri  ilə 

bağlı dövlətin müxtəlif strukturları arasında düzgün qarşılıqlı əlaqələrin 

lazımi səviyyədə olmaması da bu işin gedişinə mənfi təsir göstərirdi. Sub-

yektiv səbəblərə gəlincə isə əhali arasında odruda xidmətlə bağlı ehtiyatlı 

münasibət mövcud idi. Xüsusilə, imkanlı adamlar müxtəlif yollarla övlad-

larını xidmətdən yayındırmağa çalışırdılar. Hərbi nazir özü də 1918-ci ilin 

sonlarında  təəssüflə qeyd edirdi ki, orduya yalnız rüşvət verib canlarını 

qurtara bilməyən adamlar çağırılmışlar və bunun nəticəsi idi ki, orduda  

imkanlı adamların övladları yox dərəcəsində idi. Ona görə də hərbi çağı-

rışın əsas ağırlığı kasıb ailələrin övladlarının üzərinə düşmüşdü [13,15].

S.Mehmandarov  hərbi  nazir  təyin  edildiyi  gün,  yəni  1918-ci  il  de-

kabr  ayının    25-də  hərbi  xidmətə  çağırışın  yaxşılaşdırılması  ilə  bağlı 

xalqa  müraciət  etdi.  Həmin  müraciət  Azərbaycan  və  rus  dillərində  çap 

edilərək əhali arasında yayıldı. Bu müraciətdə S.Mehmandarov AXC-nin 

elan edilməsindən sonrakı ilk aylarda çağırış işində ciddi nöqsanlara yol 

verilməsini, hərbi hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsini, 

ağır məişət şəraitinin olmasını etiraf edir və yeni şəraitdə onların aradan 

qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçiriləcəyini bəyan edirdi: 

“İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları 

– istər fağır, istər dövlətli əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşa-

ğını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və burası 

da məlum olsun ki, əsgərlər yaxşı geyəcəklər və yeməklərinin də yaxşı 

olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı 




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin