STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
341
yorğan-döşək hazırlatmışam” [22, 49].
Hərbi Nazirliyin rəhbərliyi fərariliyin aradan qaldırılması məsələsinə
ciddi yanaşdı və həyata keçirilən konkret tədbirlər qısa vaxtdan sonra
öz müsbət təsirini göstərməyə başladı. 1919-cu il fevral ayının 25-də
parlamentdə çıxış edən S.Mehmandarov fərariliklə mübarizə sahəsində
aparılan işlərin müsbət nəticələrini belə dəyərləndirirdi: “...Haqqında çox-
lu danışılan fərariliyin olduğunu düzgün sayıram. İndi insanlara vəzifə
borcu aşılanır. Ona görə fərariliyə xüsusi diqqət yetirməyə ehtiyac yoxdur.
Özü də fərariliyin azaldığı bir vaxtda. Axır zamanlarda Yelizavetpolda son
iki həftə ərzində heç bir fərarilik hadisəsi olmamışdır. Tərifləməyə ehti-
yac olmasa da onu da qeyd etmək lazımdır ki, fərariliyə mənfi yanaşan
əhali özü də bu məsələdə bizə yardım edir. Bir neçə dəfə belə hadisə
olmuşdur ki, əhali özü fərarilərin üstünə düşmüş və onları döymüşlər.
...müsəlmanlarda anadangəlmə intizamın olmasını, böyüklərə hörmətlə
yanaşılmasını nəzərə alsaq mən əminəm ki, yaxın gələcəkdə fərariliyə son
qoyulacaq və işlər öz normal axarına düşəcəkdir” [19, 11].
Güclü ordunun formalaşdırılması üçün vacib olan müxtəlif hərbi struk-
turların yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olun-
ması, həmçinin hərbi qulluqçuların maaşlarının vaxtaşırı artırılması həm
hökumətin, həm də Hərbi Nazirliyin daimi nəzarətində idi. Bu sahədə
Hərbi Nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi na-
zir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ay-
rılacaq vəsaitin miqdarı barədə hökumətə öz təklifini verdi. Həmin təklif
nəzərə alınmaqla 1919-cu ildə ordu quruculuğu məsələləri üçün 399,4
milyon manat vəsait ayrıldı ki, bu da dövlət büdcəsinin 27,7 faizini təşkil
edirdi [31, 65].
Ordu quruculuğuna strateji rəhbərliyin həyata keçirilməsi üçün 1919-
cu il yanvar ayının 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıl-
dı. Daimi Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi
Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində
mühüm məsələlərin müzakirə edilməsi və müvafiq qərar qəbul edilməsi
ilə məşğul olmalı idi. Bu Şuranın tərkibinə hərbi nazir, onun müavini və
Hərbi Nazirliyin əsas strukturlarının rəhbərləri daxil edilmişdilər [14, 19].
Ordu quruculuğuna strateji rəhbərliyin təmin edilməsi üçün yaradılmış
ali idarəetmə orqanlarından biri də Baş Ərkani-hərb (Генеральный штаб)
idi. Bu struktur hərbi nazir S.Mehmandarovun təklifi əsasında yaradılmış
və onun yaradılması üçün də mövcud dünya təcrübəsi əsas götürül-
müşdü. Bu orqan ordu hissələrinin təşkilini, onların təlim və tərbiyəsini,
döyüş və səfərbərlik hazırlığı məsələlərinin həllini, habelə ölkə ərazisinin
müdafiəsinin təşkilini öz üzərinə götürməli idi. Əvvəlcə bu vəzifələr Ümu-
|