STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
338
uyğun olaraq aparılması tələb olundu. Belə ki, salamlaşan şəxs “salam”
deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Əsgəri
tərifləyərkən və ya ona təşəkkür bildirərkən “mərhəba” deyilməli, əsgər
isə cavabında “çox sağ ol” deməli idi [3, 42].
Azərbaycan hökumətinin müvafiq qərarına uyğun olaraq milli ordu
daxilində də Azərbaycan dili dövlət dili elan edildi. Doğrudur, yetərli say-
da milli kadrların olmaması üzündən ordunun bütün səviyyələrində bu
dilin tətbiqi qeyri-mümkün oldu. Amma qoşunların şəxsi heyəti daxilində
ünsiyyət dili kimi Azərbaycan dili istifadə edilməkdə idi və bu məsələ hərbi
nazir tərəfindən də ciddi bir tələb kimi irəli sürülmüşdü. Onun müvafiq
əmrinə əsasən, Cümhuriyyət ordusunda xidmət edən qeyri-azərbaycanlı
zabitlər bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca
qarşılığını öyrənməli və əsgərlərə Azərbaycan dilində komanda verməli
idilər. Bir ay müddətində bu tələbi yerinə yetirməyən zabitlər dərhal or-
dudan xaric edilməli idilər [3, 42].
Azərbaycan dilinin öyrədilməsi və əsgərlər arasında savadsızlığın ləğvi
üçün ordu daxilində müvafiq kurslar təşkil edildi və həmin kurslarda
dərslərin aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu [7, 113].
Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işi-
nin Azərbaycan dilində öyrədilməsi şəxsi heyəti xidmətə daha sıx şəkildə
bağladı və ordu daxilindəki mənəvi-psixoloji vəziyyətin yaxşılaşmasına,
habelə döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdi.
Hərbi Nazirliyin rəhbərliyi Azərbaycan ordusunun şəxsi heyətinin
mənəvi durumuna, hər bir döyüşçünün mənsub olduğu xalqın tari-
xi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində
tərbiyələndirilməsinə böyük əhəmiyyət verirdi. Bu baxımdan
S.Mehmandarov çox qiymətli fikir və təkliflər irəli sürdü. Həmin fikir və
təkliflərin mahiyyəti ondan ibarət idi ki, Azərbaycanın qəhrəmanlıq ta-
rixi həm araşdırılmalı, həm də xalq kütlələrinə, o cümlədən qoşunla-
rın şəxsi heyətinə çatdırılmalıdır. S.Mehmandarov şübhə etmirdi ki,
azərbaycanlılardan təşkil edilmiş hərbi qüvvələr öz xalqının qəhrəmanlıq
tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir. Hərbi nazir bu istiqamətdə
aparılan işlərin milli-bəşəri dəyərlər üzərində qurulmasına üstünlük verir
və bu sahədə ifratçılığa varılmasına, milli tərbiyənin millətçiliyin qızışdırıl-
ması ilə əvəzlənməsinə razı deyildi. O, milli tarixi keçmişin öyrənilməsində
yalnız sağlam hisslərin aşılanmasını və mütərəqqi xəttin izlənməsini əsas
vəzifə sayırdı [22, 49].
Şəxsi heyətin mənəvi əhval-ruhiyyəsinin yaxşılaşdırılması məqsədilə
qoşunların ümumi təlim-tərbiyəsi çərçivəsində əsgərlərlə söhbətlər apa-
rılması, onlara Azərbaycanın tarixi, hərbi anda sədaqət və s. mövzuların