Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə19/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   16   17   18   19   20   21   22   23   24
jrn2018 464

Qarabağdakı güclü erməni 

təcavüzünü dəf etmək 

mümkün olsa da, şimaldan 

yaxınlaşmaqda olan bolşevik 

hərbi təhlükəsinin qarşısını 

almaq mümkün olmadı. Çünki 

Qarabağda və Ermənistanla 

sərhəddə erməni təcavüzü 

başlayanda şimal sərhədini 

qoruyan hərbi qüvvələr də 

Qarabağa göndərilmişdi. 

Nəticədə şimal sərhədlərinin 

müdafiəsi xeyli zəifləmişdi. 


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

348 

Şahidlərin  ifadəsinə  görə,  Səməd  bəy  Mehmandarov  1920-ci  il  ap-

rel  ayının  2-3-də  Qarabağda  oldu  və  Azərbaycan  ordusunun  hissə  və 

bölmələrinin ölkənin ərazi bütövlüyünün müdafiəsi sahəsindəki fədakar 

mübarizəsini  yüksək  qiymətləndirdi  və  bundan  məmnun  olduğunu 

gizlətmədi. Bölgədəki zabitlərlə görüşündə o belə demişdi: “Çox şadam 

ki, həyatımın son illərini doğma xalqıma xidmətə həsr edə bildim. Gənc 

ordumuz  ümidlərimi  doğrultdu.  Qarşıya  qoyulan  vəzifənin  öhdəsindən 

şərəflə gəldi. Zabitlərə təşəkkürümü çatdırın, əsgərlərə isə ürəkdən “Sağ 

ol!” deyin” [25].

Lakin Qarabağdakı güclü erməni təcavüzünü dəf etmək mümkün olsa 

da,  şimaldan  yaxınlaşmaqda  olan  bolşevik  hərbi  təhlükəsinin  qarşısı-

nı almaq mümkün olmadı. Çünki Qarabağda və Ermənistanla sərhəddə 

erməni təcavüzü başlayanda şimal sərhədini qoruyan hərbi qüvvələr də 

Qarabağa  göndərilmişdi.  Nəticədə  şimal  sərhədlərinin  müdafiəsi  xey-

li  zəifləmişdi.  Qarabağda  aparılan  ağır  döyüşlərdə  itkilərlə  rastlaşmış 

Azərbaycan  hissələrinin  bərpa  edilib  şimala  göndərilməsi  bir  tərəfdən 

müəyyən  vaxt  tələb  edirdi,  digər  tərəfdən  isə  Qarabağın  özünün 

müdafiəsinin  zəiflədilməsi  erməni  təcavüzünün  yenidən  alovlanmasına 

yol aça bilərdi. 

Aprel  işğalı  ərəfəsində  şimal  sərhədlərinin  mühafizəsinə  isə  çox  az 

sayda hərbi qüvvə saxlanmışdı. 1920-ci il aprel ayının 25-nə aid olan bir 

məlumata görə,  4-cü Quba alayının 4 piyada bölüyü, dağ batareyası və 

bir zirehli qatardan ibarət qüvvə var idi. Piyada bölüklərindən biri Yala-

mada, biri Şirvanda, 2 bölük və bir batareya isə Xudatda dayanırdı. Zirehli 

qatarla  dəstənin  qərargahı  da  Xaçmazda  yerləşdirilmişdi.  Konkret  tari-

xi şəraitdə şimal sərhədinin qorunmasına bu dəstə məsuliyyət daşıyırdı  

[11, 284]. Azərbaycanın işğalı üçün şimal sərhədlərinə gətirilmiş bolşevik 

hərbi qüvvələri isə bolşevik mənbələrinə görə, 72472 nəfər idi. Bu sayda 

olan bolşevik qüvvələrini 6 ədəd zirehli qatar, dənizdən isə Volqa-Xəzər 

hərbi donanması müşayiət edirdi [30, 19].

Cümhuriyyət ordusunun şimal sərhədi boyunca yerləşdirilmiş azsay-

lı hərbi qüvvələri bolşevik təcavüzünün qarşısını almağa cəhd göstərsə 

də,  sayca  çox  olan  və  güclü  hərbi  texnika  ilə  təchiz  edilmiş  bolşevik 

qüvvələrinin qarşısını almaq mümkün olmadı.

Nəticə

AXC  ordusunun  təşkili  Azərbaycanın  hərb  tarixində  və  bütövlükdə 

Azərbaycan  xalqının  tarixində  əhəmiyyətli  bir  hadisə  idi.  Çünki  hər 

şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda müstəqil nizami 





Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin