Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə16/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
jrn2018 464

1919-cu ilin yayında Denikin 

ordusunun Azərbaycana 

hərbi müdaxiləsi təhlükəsinin  

artdığı bir dövrdə 

Cümhuriyyət ordusunun 

döyüş qabiliyyətinə 

arxalanmaqla bütöv müdafiə 

sisteminin yaradılmasına nail 

olundu, Şimal sərhədlərinin

Abşeronun və Bakının 

müdafiə sistemləri quruldu. 

Bu müdafiə sistemlərinin 

möhkəmləndirilməsi üçün 

kifayət qədər qüvvə və 

vəsait ayrıldı. 1919-cu ilin 

iyununda Dövlət Müdafiə 

Komitəsi yaradıldı və bununla 

da ölkənin müdafiəsinin 

təşkili konkret bir orqanda 

mərkəzləşdirildi.


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

345

rın 24-də mövqe batareyasının, oktyabrın 1-də “Astrabad” hərbi gəmisinin 

ştatlarının formalaşdırılması başa çatdı. Oktyabr ayında isə 6-cı Göyçay pi-

yada alayının təşkili yekunlaşdırıldı. 1919-cu ilin sonuna kimi 7-ci Şirvan və 

8-ci Ağdaş piyada alaylarının təşkili sona çatdırıldı  [22, 179].

Hərbi Nazirlik bütün bu təşkilati işləri həyata keçriməklə 1919-cu ilin 

sonunadək Cümhuriyyət ordusunun şəxsi heyətinin sayını 20 min nəfərə, 

ordudakı atların sayını 5 min başa, 1920-ci ildə isə  ordunun sayını 40 

min nəfərə, atların sayını 10 min başa çatdırmağı planlaşdırırdı. Buna nail 

olmaq  üçün  1920-ci  ilin  ilk  günlərindən  etibarən  çox  geniş  quruculuq 

işlərinin aparılması nəzərdə tutulurdu. Tərtib edilmiş quruculuq planına 

əsasən il ərzində 9-cu piyada alayı, 4-cü süvari alayı, iki haubitsa batareya-

sı, haubitsa divizionunun qərargahı, bir dağ-süvari batareyası, dağ-süvari 

divizionunun qərargahı, üç batareyadan ibarət yüngül səhra divizionu və 

onun qərargahı, hər biri bir bölükdən ibarət olan dördməhəlli komanda 

və hər biri üç bölükdən ibarət olan üçməhəlli komanda yaradılmalı idi. 

Nəzərdə tutlmuşdu ki, 9-cu piyada alayının təşkilindən sonra 3-cü piyada 

diviziyası  yaradılsın  və  7-ci,  8-ci  və  9-cu  piyada  alayları  bu  diviziyanın 

tərkibinə verilsin [12, 24].

1919-cu ilin yayından başlayaraq əvvəlcə Qarabağda, sonra Lənkəran 

bölgəsində,  daha  sonra  Zəngəzurda  hərbi  şəraitin  kəskinləşməsinə 

baxmayaraq  Hərbi  Nazirliyin  rəhbərliyi  ordu  quruculuğunu  qətiyyətlə 

davam  etdirdi.  1920-ci  ilin  elə  ilk  günlərindən  3-cü  zirehli  qatarın 

komplektləşdirilməsi qərara alındı. 1920-ci ilin əvvəllərində hərbi xidmətə 

növbəti çağırış və səfərbərlik kampaniyası başlandı. Ordunun ali idarəetmə 

orqanlarında əsaslı struktur dəyişikliyi baş verdi. Belə ki, 1920-ci ilin mart 

ayında  Baş  Ərkani-hərblə  Ümumi  qərargah  birləşdirilərək  Azərbaycan 

ordusunun  qərargahı  yaradıldı  və  general-mayor  Həbib  bəy  Səlimov 

bu strukturun rəhbəri təyin edildi. Bundan başqa, ordunun təchizat və 

təminat orqanları da birləşdirilərək onların bazasında Azərbaycan ordu-

sunun təchizat rəisinin idarəsi təşkil edildi.

1920-ci  il  bolşevik  işğalı  ərəfəsində  AXC  ordusunun  döyüş  hissə  və 

birləşmələri aşağıdakılardan ibarət idi: hər birinin tərkibində üç piyada 

alayı olan iki piyada diviziyası, əlavə iki əlahiddə piyada alayı (ümumən 

8  piyada  alayı),  üç  süvari  alayından  ibarət  olan  bir  süvari  diviziyası,  iki 

topçu briqadası, üç ədəd zirehli qatar, əlahiddə topçu divizionu, əlahiddə 

batareya, avtokomanda, hərbi gəmilər, zirehli avtomobil tağımı, təyyarə 

dəstəsi, mühafizə bölüyü, Zəngəzur bölgəsində yerli əhalidən təşkil edil-

miş piyada taboru və atlı divizionu. Bunlardan başqa, ordunun tərkibində 

hərbi məktəblər, müxtəlif anbarlar, tibb müəssisələri, hərbi zavodlar, hərbi 

nümayəndəliklər və digər xidmət bölmələri var idi.




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin