STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
342
mi qərargahın (Главный штаб) üzərində idi. Ümumi qərargah eyni za-
manda qoşun xidməti, təsərrüfat məsələləri, təminat-təchizat və s. kimi
məsələlərin həlli ilə də məşğul olmalı idi. Bu isə ordunun döyüş hazırlığı-
na ciddi diqqətin ayrılmasına mane olurdu. Ona görə də S.Mehmandarov
ordunun döyüş hazırlığının aparılması və ordunun müharibəyə hazır-
laşdırılması məsələlərinin səmərəli həllinə nail olmaq üçün Baş Ərkani-
rəhbin yaradılmasını məqsəduyğun saydı. Onun bu məsələ ilə bağlı təklifi
Nazirlər Şurası tərəfindən qəbul edildi [4, 12]. Hərbi nazirin təklifi ilə ordu
quruculuğunda və döyüşlərin aparılmasında zəngin təcrübəsi olan gene-
ral-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi.
General-leytenant M.Sulkeviçin Baş Ərkani-hərbin rəisi təyin
edilməsindən sonra ordu hissələrinin formalaşdırılması daha ahəngdar
xarakter aldı – 2-ci Bakı piyada alayının təşkilatlandırılması sürətləndirildi,
3-cü Şəki süvari alayının təşkili isə tez bir zamanda başa çatdırıldı.
Cümhuriyyət hökumətinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə
əmin olan müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu ilin aprel
ayında milli ordu hissələrinin azsaylı kontingentinin Bakıya buraxılması-
na icazə verdi. Mart ayının 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində
yerləşdiriləcək hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə bir
piyada taboru, 400 nəfərlik süvari dəstəsi və bir topçu batareyası daxil
idi. Bütün bu qüvvələrin Bakıya gətirilməsi və Bakıda onlara rəhbərlik
edilməsi 1-ci Tatar süvari alayının komandiri polkovnik Ağalarova həvalə
edildi. Aprel ayının 5-də həmin bölmələr qatar vasitəsilə Bakıya çatdırıldı.
Şəhər əhalisinin böyük marağını və sevincini nəzərə alaraq milli ordu-
nun süvari dəstəsi dəmir yolu vağzalından dənizkənarı bulvara, oradan da
dövrə vurub Nikolayevski (indiki İstiqlaliyyət) küçəsinə qalxdı və Salyan
kazarmalarına yollandı. Cümhuriyyət ordusu bölmələrinin şəhərə daxil
olması ilə bağlı hərbi nazir S.Mehmandarov da Bakıya gəldi və şəhər
şənliklərində iştirak etdi [4, 25].
1919-cu ilin yayında və payızında Cümhuriyyət ordusunun formalaşdı-
rılması böyük sürətlə davam etdirildi. Bu dövr milli hərbi hissələrin forma-
laşdırılmasının və təşkilatlandırılmasının ən məhsuldar dövrü sayıla bilər.
İngilis hərbi qüvvələrinin Azərbaycan ərazisini tərk etməyə başlaması ilə
Hərbi Nazirliyin aparatının da Bakıya dönməsinə imkan yarandı. Hərbi na-
zirin əmri ilə 1919-cu il iyun ayının son günləri və iyul ayının ilk günlərində
Hərbi Nazirliyin aparatının Bakıya daşınmasına başlandı. Azərbaycan
hökumətinin qərarı ilə Hərbi Nazirlik, habelə onun strukturuna daxil olan
Baş Ərkani-hərblə Ümumi qərargah Bakıda Krasnovodsk küçəsi ilə Merku-
ri küçələrinin (indiki Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva prospektinin
kəsişməsinin sağ tinində) kəsişməsindəki binada yerləşdirildi [17, 20a].
|