STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
343
1919-cu ildə Cümhuriyyət ordusunun hissələrinin, əlahiddə taborları-
nın və hərbi məktəblərinin döyüş bayraqlarının hazırlanmasına başlandı.
Milli dəyərlər əsasında hazırlanmalı olan bu bayraqların təqdim edilməsi
hərbi hissənin Cümhuriyyət ordusuna mənsubluğunu təsdiq etməli idi.
Hərbi Nazirliyin Topoqrafiya İdarəsi tərəfindən bu bayraqların layihələri
hazırlandı və müəyyən müzakirələrdən sonra qəbul edildi.
Döyüş bayrağının təsvirinin elan olunması ilə bağlı hərbi nazirin
əmrində qeyd olunurdu ki, təsdiq edilmiş layihənin əsasında indiki dövrdə
xalqın milli şüurunun inkişafı, məscid və kitabələrdə, habelə Əmir Teymur
və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim
memarlıq nişanələri dayanmışdır ki, onlar indi Azərbaycan xalqı üçün də
əzizdir [5, 157]. Lakin 1920-ci ilin aprel işğalına qədər bu bayraqları hazır-
layıb hərbi hissələrə təqdim etmək mümkün olmadı.
1919-cu ilin yayında Cümhuriyyət ordusunun tərkibində artıq bir sü-
vari və iki piyada diviziyası, həmçinin digər əlahiddə hissə və bölmələr var
idi. 2-ci piyada diviziyasının təşkilinə hərbi nazirin 14 iyul 1919-cu il tarixli
əmri ilə başlandı. Bundan sonra 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə
piyada alayları 1-ci piyada diviziyasının, 4-cü Quba və 5-ci Bakı piyada
alayları isə 2-ci piyada diviziyasının tərkibinə verildi. 1919-cu ilin oktyabr
ayında formalaşdırılması başa çatan 6-cı Göyçay piyada alayı da 2-ci pi-
yada diviziyasının tərkibinə daxil edildi. Süvari diviziyasının tərkibində isə
1-ci Tatar, 2-ci Qarabağ və 3-cü Şəki süvari alayları birləşmişdi [22, 178-
179].
Ordunun təchizatının yaxşılaşdırılması və ölkənin müdafiəsinin daha
da gücləndirilməsi üçün daxili potensial səfərbərliyə alınmaqla yanaşı,
həm də fəal siyasət yeridilirdi. Həm müttəfiq dövlətlər, həm nüfuzlu dün-
ya dövlətləri, həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin qurulmasına
cəhd göstərilirdi. Bu baxımdan Gürcüstanla hərbi-texniki əməkdaşlığın
gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Bu əməkdaşlığın hüqu-
qi bazası kimi 1919-cu il iyun ayının 16-da iki respublika arasında hərbi
saziş imzalandı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər na-
ziri M.Cəfərov, hərbi nazir S.Mehmandarov və Baş Ərkani-hərbin rəisi
M.Sulkeviç imzaladılar. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişin
mahiyyəti ondan ibarət idi ki, bu respublikalardan hər hansı biri xarici
hərbi müdaxiləyə məruz qalacağı təqdirdə digər respublika ona razılaşdı-
rılmış köməyi göstərsin. Tərəflərin razılığına əsasən, Cənubi Qafqaz res-
publikası kimi Ermənistana da 2 həftə ərzində bu müqaviləyə qoşulmaq
hüququ verilirdi. Ancaq qonşularının torpaqlarına göz dikən Ermənistan
bu müqaviləyə qoşulmadı [31, 32-33].
Göstərilən sazişdən əlavə Azərbaycan-la Gürcüstan arasında hərbi-
|