Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə12/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

341

yorğan-döşək hazırlatmışam” [22, 49].

Hərbi  Nazirliyin  rəhbərliyi  fərariliyin  aradan  qaldırılması  məsələsinə 

ciddi  yanaşdı  və  həyata  keçirilən  konkret  tədbirlər  qısa  vaxtdan  sonra 

öz  müsbət  təsirini  göstərməyə  başladı.  1919-cu  il  fevral  ayının  25-də 

parlamentdə  çıxış  edən  S.Mehmandarov  fərariliklə  mübarizə  sahəsində 

aparılan işlərin müsbət nəticələrini belə dəyərləndirirdi: “...Haqqında çox-

lu  danışılan  fərariliyin  olduğunu  düzgün  sayıram.  İndi  insanlara  vəzifə 

borcu aşılanır. Ona görə fərariliyə xüsusi diqqət yetirməyə ehtiyac yoxdur. 

Özü də fərariliyin azaldığı bir vaxtda. Axır zamanlarda Yelizavetpolda son 

iki həftə ərzində heç bir fərarilik hadisəsi olmamışdır. Tərifləməyə ehti-

yac olmasa da onu da qeyd etmək lazımdır ki, fərariliyə mənfi yanaşan 

əhali  özü  də  bu  məsələdə  bizə  yardım  edir.  Bir  neçə  dəfə  belə  hadisə 

olmuşdur  ki,  əhali  özü  fərarilərin  üstünə  düşmüş  və  onları  döymüşlər. 

...müsəlmanlarda  anadangəlmə  intizamın  olmasını,  böyüklərə  hörmətlə 

yanaşılmasını nəzərə alsaq mən əminəm ki, yaxın gələcəkdə fərariliyə son 

qoyulacaq və işlər öz normal axarına düşəcəkdir” [19, 11].

Güclü ordunun formalaşdırılması üçün vacib olan müxtəlif hərbi struk-

turların  yaradılması,  qoşunların  ərzaq  və  digər  vasitələrlə  təmin  olun-

ması, həmçinin hərbi qulluqçuların maaşlarının vaxtaşırı artırılması həm 

hökumətin,  həm  də  Hərbi  Nazirliyin  daimi  nəzarətində  idi.  Bu  sahədə 

Hərbi Nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi na-

zir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ay-

rılacaq vəsaitin miqdarı barədə hökumətə öz təklifini verdi. Həmin təklif 

nəzərə alınmaqla 1919-cu ildə ordu quruculuğu məsələləri üçün 399,4 

milyon manat vəsait ayrıldı ki, bu da dövlət büdcəsinin 27,7 faizini təşkil 

edirdi [31, 65].

Ordu quruculuğuna strateji rəhbərliyin həyata keçirilməsi üçün 1919-

cu il yanvar ayının 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıl-

dı. Daimi Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi 

Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində 

mühüm məsələlərin müzakirə edilməsi və müvafiq qərar qəbul edilməsi 

ilə məşğul olmalı idi. Bu Şuranın tərkibinə hərbi nazir, onun müavini və 

Hərbi Nazirliyin əsas strukturlarının rəhbərləri daxil edilmişdilər [14, 19]. 

Ordu quruculuğuna strateji rəhbərliyin təmin edilməsi üçün yaradılmış 

ali idarəetmə orqanlarından biri də Baş Ərkani-hərb (Генеральный штаб) 

idi. Bu struktur hərbi nazir S.Mehmandarovun təklifi əsasında yaradılmış 

və  onun  yaradılması  üçün  də  mövcud  dünya  təcrübəsi    əsas  götürül-

müşdü. Bu orqan ordu hissələrinin təşkilini, onların təlim və tərbiyəsini, 

döyüş və səfərbərlik hazırlığı məsələlərinin həllini, habelə ölkə ərazisinin 

müdafiəsinin təşkilini öz üzərinə götürməli idi. Əvvəlcə bu vəzifələr Ümu-




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin