Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə8/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

337

məqsədəuyğun  sayıldı.  Ona  görə  də 

Nazirlər  Şurasının  25  dekabr  1918-ci  il 

tarixli  qərarı  ilə  tam  artilleriya  generalı 

Səməd  bəy  Mehmandarov  hərbi  nazir, 

29 dekabr 1918-ci il tarixli qərari ilə isə 

general-leytenant  Əliağa  Şıxlinski  hərbi 

nazirin müavini vəzifəsinə təyin edildilər 

[9,  2].  Bu,  Cümhuriyyət  ordusunun  for-

malaşdırılması  sahəsində  Azərbaycan 

hökumətinin  qəbul  etdiyi  tarixi  qərar 

oldu.  Çünki  bu  generalların  zəngin 

təcrübəsi  və  təşkilatçılıq  qabiliyyəti  or-

dunun sürətlə təşkilatlanmasına müsbət 

təsir  göstərdi.  Adları  çəkilən  general-

ların  ordu  quruculuğu  sahəsində  tarixi 

xidmətlərindən  biri  bu  oldu  ki,  onlar  ordu  və  dövlət  münasibətlərinin 

mahiyyətini  dəqiqliklə  müəyyənləşdirdilər,  ordunun  bütün  fəaliyyətinin 

dövlət  siyasətinə,  dövlət  maraqlarının  qorunmasına  bağlılığını  təmin 

etdilər,  ordunu  siyasi  təsirlərdən  və  siyasi  parçalanmalardan  qorudu-

lar.  S.Mehmandarov  və  Hərbi  Nazirliyin  digər  rəhbərləri  öz  əmrlərində 

dəfələrlə qeyd etmişdilər ki, ordu heç bir siyasətə qarışmamalı və yalnız 

dövlət tərəfindən məyyənləşdirilmiş vəzifələrin icrası ilə məşğul olmalıdır 

[26, 19]. Ordu quruculuğunda düzgün və prinsipial mövqe tutulmasının 

nəticəsi idi ki, Cümhuriyyət hökumətinin bir neçə kabinəsi təşkil edilsə də, 

Hərbi Nazirliyin rəhbərliyi dəyişilməz qaldı. Yeni təşkil olunan kabinələrin 

hamısının  rəhbərliyi  Hərbi  Nazirliyə  rəhbərlikdə  S.Mehmandarov  və 

Ə.Şıxlinskiyə alternativ görmədilər.

1918-ci  ilin  sonu  və  1919-cu  ilin  əvvəllərində  ordu  quruculuğu-

nun  uğurlu  aparılması  üçün  bu  prosesin  hüquqi  bazasının  yaradılması 

istiqamətində  konkret  işlər  görülməyə  başlandı.  Qısa  müddət  ərzində 

ordu quruculuğunun milli hüquqi bazasının yaradılması mümkün olma-

dığı üçün hərbi nazirin əmri ilə 1917-ci il yanvar ayının 1-dək Rusiya im-

periyasında qəbul edilmiş hərbi qanunvericilik aktları müvəqqəti olaraq 

qüvvədə  saxlanıldı.  Cümhuriyyət  ordusunda  xidmət  əsasən  həmin  qa-

nunvericilik aktları üzərində qurulmalı idi. Bununla belə, bu qanunverici-

lik aktları Azərbaycanın dövlət maraqlarına uyğunlaşdırıldı, onların milli 

ordu quruculuğu vəzifələri ilə səsləşməyən məqamları ləğv edildi və ya 

yenisi ilə əvəz edildi. Məsələn, hərbi nazirin 1918-ci il dekabr ayının 27-

də imzaladığı 34 nömrəli əmrlə hərbi qulluqçular arasında salamlaşmanın 

Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə 


Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin