Strateji TƏHLİL


Müstəqil milli ordu quruculuğu dövrü



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə5/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   2   3   4   5   6   7   8   9   ...   24
jrn2018 464

2. Müstəqil milli ordu quruculuğu dövrü

Osmanlı  hərbi  qüvvələrinin  Azərbaycanı  tərk  etməsi  ilə  milli  hərbi 

qüvvələrin  təşkilatlandırılması,  təminat-təchizat  məsələlərini  və  idarə 

edilməsini  bütünlüklə  Azərbaycan  hökuməti  öz  üzərinə  götürdü.  Bu 

prosesə rəhbərlik etmək üçün  Nazirlər Şurasının 1918-ci il 1 noyabr tarix-

li qərarı ilə AXC-nin Hərbi Nazirliyi bərpa edildi [28, 26].  Həmin vaxtdan 

etibarən Cümhuriyyətin ordu quruculuğunun ikinci dövrü başlayır.

Hökumətin  qərarı  ilə  hərbi  nazir  vəzifəsini  Nazirlər  Şurasının  sədri 

Fətəli  xan  Xoyski  öz  üzərinə  götürdü.  Hərbi  nazirin  müavini  vəzifəsinə 

isə Rusiya ordusundan istefa verib Azərbaycana qayıtmış tam artilleriya 

generalı Səməd bəy Mehmandarov təyin edildi və Hərbi Nazirliyin forma-

laşdırılması da ona tapşırıldı [23, 453] . 

Qısa müddət ərzində Azərbaycanın milli hərbi qüvvələrinin formalaşdı-

rılması üçün Hərbi Nazirlik və respublika hökuməti son dərəcə mürəkkəb 

problemlərin həlli ilə üzləşməli oldu. Siyasi, iqtisadi, hərbi xarakterli bu 

problemlərdən  biri  də  Birinci  Dünya  müharibəsinin  nəticələrinə  görə 

bölgədə və respublika daxilində yaranan hərbi-siyasi şərait, o cümlədən 

müttəfiq  dövlətlərin  adından  ingilis  hərbi  qüvvələrinin  Azərbaycana 

yeridilməsi idi. 

Bu çətinliklərin olmasına baxmayaraq milli ordunun təşkilatlandırılması 

üçün  ciddi  addımların  atılmasına  başlandı.  Azərbaycan  hökuməti  ordu 

quruculuğuna rəhbərlik edəcək strukturları yaratmaqla bərabər, bu struk-

turların öz fəaliyyətində rəhbər tutmalı olduğu siyasəti də işləyib hazır-

ladı. Həmin siyasətə əsasən ordu quruculuğu bir tərəfdən dövlət quru-

culuğunun  tərkib  hissəsi  kimi  qəbul  edilir  və  bu  prosesə  ümumdövlət 

mənafelərindən yanaşılırdı. Müstəqil bir dövlətin müstəqil orduya malik 





Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin