Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə9/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
jrn2018 464

Ordu quruculuğunda 

düzgün və prinsipial mövqe 

tutulmasının nəticəsi idi ki

Cümhuriyyət hökumətinin 

bir neçə kabinəsi təşkil edilsə 

də, Hərbi Nazirliyin rəhbərliyi 

dəyişilməz qaldı. Yeni təşkil 

olunan kabinələrin hamısının 

rəhbərliyi Hərbi Nazirliyə 

rəhbərlikdə S.Mehmandarov 

və Ə.Şıxlinskiyə alternativ 

görmədilər.


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

338 

uyğun olaraq aparılması tələb olundu. Belə ki, salamlaşan şəxs “salam” 

deməli,  qarşı  tərəf  isə  “əleyküm  salam”  deyə  cavab  verməli  idi.  Əsgəri 

tərifləyərkən və ya ona təşəkkür bildirərkən “mərhəba” deyilməli, əsgər 

isə cavabında “çox sağ ol” deməli idi [3, 42].

Azərbaycan  hökumətinin  müvafiq  qərarına  uyğun  olaraq  milli  ordu 

daxilində də Azərbaycan dili dövlət dili elan edildi. Doğrudur, yetərli say-

da milli kadrların olmaması üzündən ordunun bütün səviyyələrində bu 

dilin tətbiqi qeyri-mümkün oldu. Amma qoşunların şəxsi heyəti daxilində 

ünsiyyət dili kimi Azərbaycan dili istifadə edilməkdə idi və bu məsələ hərbi 

nazir tərəfindən də ciddi bir tələb kimi irəli sürülmüşdü. Onun müvafiq 

əmrinə əsasən, Cümhuriyyət ordusunda xidmət edən qeyri-azərbaycanlı 

zabitlər bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca 

qarşılığını öyrənməli və əsgərlərə Azərbaycan dilində komanda verməli 

idilər. Bir ay müddətində bu tələbi yerinə yetirməyən zabitlər dərhal or-

dudan xaric edilməli idilər [3, 42].

Azərbaycan dilinin öyrədilməsi və əsgərlər arasında savadsızlığın ləğvi 

üçün  ordu  daxilində  müvafiq  kurslar  təşkil  edildi  və  həmin  kurslarda 

dərslərin aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu [7, 113].

Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işi-

nin Azərbaycan dilində öyrədilməsi şəxsi heyəti xidmətə daha sıx şəkildə 

bağladı  və  ordu  daxilindəki  mənəvi-psixoloji  vəziyyətin  yaxşılaşmasına, 

habelə döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdi.

Hərbi  Nazirliyin  rəhbərliyi  Azərbaycan  ordusunun  şəxsi  heyətinin 

mənəvi  durumuna,  hər  bir  döyüşçünün  mənsub  olduğu  xalqın  tari-

xi  keçmişinin  öyrənilməsinə,  onun  qəhrəmanlıq  nümunələri  üzərində 

tərbiyələndirilməsinə  böyük  əhəmiyyət  verirdi.  Bu  baxımdan 

S.Mehmandarov çox qiymətli fikir və təkliflər irəli sürdü. Həmin fikir və 

təkliflərin  mahiyyəti  ondan  ibarət  idi  ki,  Azərbaycanın  qəhrəmanlıq  ta-

rixi  həm  araşdırılmalı,  həm  də  xalq  kütlələrinə,  o  cümlədən  qoşunla-

rın  şəxsi  heyətinə  çatdırılmalıdır.  S.Mehmandarov  şübhə  etmirdi  ki, 

azərbaycanlılardan təşkil edilmiş hərbi qüvvələr öz xalqının qəhrəmanlıq 

tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir. Hərbi nazir bu istiqamətdə 

aparılan işlərin milli-bəşəri dəyərlər üzərində qurulmasına üstünlük verir 

və bu sahədə ifratçılığa varılmasına, milli tərbiyənin millətçiliyin qızışdırıl-

ması ilə əvəzlənməsinə razı deyildi. O, milli tarixi keçmişin öyrənilməsində 

yalnız sağlam hisslərin aşılanmasını və mütərəqqi xəttin izlənməsini əsas 

vəzifə sayırdı [22, 49].

Şəxsi  heyətin  mənəvi  əhval-ruhiyyəsinin  yaxşılaşdırılması  məqsədilə 

qoşunların ümumi təlim-tərbiyəsi çərçivəsində əsgərlərlə söhbətlər apa-

rılması, onlara Azərbaycanın tarixi, hərbi anda sədaqət və s. mövzuların 




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin