STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
336
təşkili üçün diqqət mərkəzində olan ilk mühüm məsələlərdən biri ali
idarəetmə orqanlarının yaradılması idi. Ona görə də Hərbi Nazirliyin
bərpa edilməsindən cəmi iki həftə sonra, yəni 1918-ci il noyabr ayı-
nın 15-də Ümumi qərargahın (Главный штаб) təsis edilməsi haqqında
S.Mehmandarovun müvafiq əmri imzalandı və Həbib bəy Səlimov Ümumi
qərargahın rəisi təyin edildi [27, 31].
Lakin yaranmış tarixi şəraitdə Hərbi Nazirliyin öz fəaliyyətini Bakıda
davam etdirməsi qeyri-mümkün oldu. Mudros müqaviləsinin şərtlərinə
görə, Bakıya daxil olan ingilis hərbi qüvvələrinin komandanı gene-
ral V.Tomson Azərbaycan hökuməti qarşısında belə bir tələb qoydu ki,
Azərbaycanın milli hərbi qüvvələri Bakı şəhərindən çıxarılsın. O, müstəqil
Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altın-
da olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə də 1918-ci il no-
yabr ayının 22-də Hərbi Nazirlik Gəncəyə köçdü [6, 302] və Azərbaycan
hökumətinin digər nazirliklərindən fərqli olaraq öz fəaliyyətini Bakıdan
kənarda qurmalı oldu. İngilis hərbi qüvvələrinin rəhbərliyi Hərbi Nazirliyin
Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmədi.
Bütün hökumət idarələri Bakıda yerləşdiyi halda Hərbi Nazirli-
yin Gəncəyə köçürülməsi, heç şübhəsiz, bu Nazirliyin hökumətin digər
nazirlikləri və idarələri ilə qarşılıqlı əlaqələr yaratmasına, bütünlükdə or-
dunun formalaşma prosesinə çətinliklər törədirdi. Bununla belə, Hərbi Na-
zirliyin rəhbərliyinin səmərəli və peşəkar fəaliyyəti bu çətinlikləri aradan
qaldırmağa zəmin yaratdı. Ordu quruculuğu sahəsində düzgün siyasətin
formalaşdırılması və onun həyata keçirilməsi üçün yüksək təşkilatçılıq nü-
mayiş etdirilməsi çox tezliklə öz nəticələrini verməyə başladı. Davamlı və
ardıcıl şəkildə qurulan işlərin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas
hissələri Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkilatlandırıldı.
Hərbi Nazirlik bərpa ediləndə mövcud olan milli hərbi hissələr Gəncə
və Qarabağda yerləşmişdi. Bu, tarixi şərait və qoşun hissələrinin icra
etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirliyin rəhbərliyi ordu daxilindəki
durumla tanış olmaq üçün 1918-ci il noyabr ayının sonu və dekabr ayının
ilk günlərində Gəncə və Ağdam ətrafında yerləşmiş hərbi hissələrdə oldu
[10, 7]. Hərbi nazir S.Mehmandarov hərbi hissələrlə bu tanışlıq zamanı
xidmətin təşkilində ciddi nöqsanların olması ilə rastlaşdı və müşahidə et-
diyi nöqsanları ümumiləşdirərək onların aradan qaldırılması ilə bağlı əmr
imzaladı. Bu əmrlə hissə və bölmə komandirlərinin qarşısında konkret
vəzifələr müəyyənləşdirildi. Həmin vəzifələrdən biri də bu idi ki, müstəqil
Azərbaycan ordusunda xidmət edən bütün hərbi qulluqçuların AXC-yə
sədaqət andı içməsi təşkil edilsin.
Tezliklə Hərbi Nazirliyə peşəkar rəhbərliyin zəruriliyi daha
|