STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
344
texniki əməkdaşlıq haqqında da sənəd
imzalandı. Həmin sənədə əsasən, Gürcüs-
tan həm Cümhuriyyət ordusunun hərbi
texnika və sursatla təchizatının yaxşılaş-
dırılması, həm də hərbi kadrların hazır-
lanması baxımından əhəmiyyətli kömək
göstərdi. Bu respublikadan gətirilmiş
silah, sursat və avadanlıq Azərbaycanın
hərbi hissələrinin, o cümlədən də De-
nikin ordusunun hücum təhlükəsinin
alınması üçün şimal sərhədləri bo-
yunca cəmləşdirilmiş hərbi qüvvələrin
təchizatını xeyli yaxşılaşdırdı.
Hökumətin və Hərbi Nazirliyin
həyata keçirdiyi tədbirlər nəticəsində
Cümhuriyyət
ordusunun
döyüş
qabiliyyəti daha da gücləndi və bu
da ölkənin silahlı müdafiəsi imkanla-
rını genişləndirdi. 1919-cu ilin yayın-
da Denikin ordusunun Azərbaycana
hərbi müdaxiləsi təhlükəsinin artdığı
bir dövrdə Cümhuriyyət ordusunun dö-
yüş qabiliyyətinə arxalanmaqla bütöv
müdafiə sisteminin yaradılmasına nail
olundu, Şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemləri qu-
ruldu. Bu müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün kifayət qədər
qüvvə və vəsait ayrıldı. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi
yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqan-
da mərkəzləşdirildi. Nazirlər Şurası sədrinin rəhbərlik etdiyi bu orqan
müdafiə və ordu quruculuğu sahəsində dövlət səviyyəsində zəruri olan
qərarları qəbul edir və həm də lazım olan qüvvələri səfərbər etməklə
onun icrasını təşkil edirdi.
1919-cu ilin payızında ordunun formalaşdırılması sahəsində davam-
lı inkişaf meyilləri saxlanmaqda idi. Bunun nəticəsi idi ki, Bakı şəhərinin
müdafiəsinin etibarlı təşkili üçün Bakı İstehkamat Hissəsi (Бакинский
Укрепленный район) yaradıldı. Bakıda və Abşeron yarımadasında
yerləşmiş hərbi qüvvələr bu struktura tabe edildi. Sentyabr ayında Bakı
hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər dəstəsinin, mövqe
batareyasının ştatlarının formalaşdırılmasına başlandı. 1919-cu il sentyabr
ayının 14-də təyyarə dəstəsinin və zirehli avtomobillər dəstəsinin, sentyab-
Dostları ilə paylaş: |