Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə18/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

347

hazırladığı  plana  görə,  əvvəlcə  bütün 

Qarabağ işğal altına alınmalı, sonra isə 

erməni qüvvələrinin Tərtərdən və Qazax 

istiqamətindən  irəliləməsi  nəticəsində 

Gəncə şəhəri işğal edilməli idi.

Ermənistanın  bu  işğalçılıq  planı-

nın  qarşısının  alınması  üçün  əsasən 

Qarabağda  və  onun  ətrafında  aparı-

lan  müharibə  müstəqillik  dövründə 

Azərbaycan  ordusunun  və  onun 

rəhbərliyinin rastlaşdığı ən ciddi və ta-

leyüklü bir sınaq idi. Bu sınaqdan uğur-

la çıxmaq üçün dərhal Cümhuriyyət or-

dusunun  bütün  potensialı  səfərbərliyə 

alındı.  Gəncədə  əməliyyatın  idarə 

edilməsi  qərargahı  yaradıldı  və  hərbi 

nazir  Səməd  bəy  Mehmandarov  bu 

qərargaha  rəhbərliyi  öz  üzərinə  götürdü.  Erməni  hərbi  qüvvələrinin 

təcavüzünün  əsas  zərbə  qüvvəsinin  istiqamətləndiyi  Qarabağda 

Azərbaycanın  müstəqilliyinin  qorunması  üçün  Cümhuriyyət  ordu-

sunun  hissə  və  bölmələrindən  ibarət  Qarabağ  dəstəsi  yaradıldı  və 

ona  rəhbərlik  general-mayor  Həbib  bəy  Səlimova  tapşırıldı.  General 

Əliağa  Şıxlinskiyə  isə  Hərbi  Nazirliklə  Qarabağ  dəstəsi  və  Gəncədəki 

əməliyyatın  idarə  edilməsi  qərargahı  arasında  sıx  əlaqələrin  təmin 

edilməsi  həvalə  olundu.  Qısa  müddət  ərzində  Azərbaycanın  müxtəlif 

ərazilərində yerləşdirilmiş hissə və bölmələrin Qarabağ bölgəsinə çat-

dırılması,  onları  zəruri  silah  və  sursatla  təchiz  edilməsi  təmin  edildi. 

Razılaşdırılmış plan əsasında bu hissə və bölmələr müdafiə döyüşlərinə 

cəlb  edildilər.  Nəticədə  erməni  hərbi  qüvvələrinin  bütün  təcavüz 

cəhdlərinin  qarşısı  alındı  və  təxminən  bir  ay  davam  edən  müdafiə 

döyüşlərində Cümhuriyyət ordusunun hissə və bölmələri erməni hərbi 

qüvvələrinə güclü zərbə endirdilər. Həm Qazax-Ağstafa istiqamətində, 

həm  də  Qarabağ  daxilində  erməni  təcavüzünün  qarşısı  uğurla  alın-

dı.  Hərbi  nazir  Səməd  bəy  Mehmandarovun  strateji  rəhbərliyi,  onun 

müavini  Əliağa  Şıxlinskinin  yüksək  təşkilatçılığı,  Qarabağdakı  hərbi 

qüvvələrə  rəhbərlik  edən  Həbib  bəy  Səlimovun,  Teymur  bəy  Novru-

zovun, Cavad bəy Şıxlinskinin, digər zabitlərin və döyüşçülərin şücaəti 

və fədakarlığı nəticəsində Cümhuriyyət ordusu ona tapşırılmış vəzifəni 

qələbə ilə başa çatdırdı. Erməni silahlı qüvvələrinin bütün cəhdlərinə 

baxmayaraq Qarabağın Azərbaycandan qoparılması mümkün olmadı.


Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin