STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
349
ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda ordu quruculu-
ğu tarixində xarakter etibarilə tamamilə yeni bir səhifə açıldı. Təxminən
bir əsrlik fasilədən sonra Azərbaycanda hərb işi yenidən canlandırıldı,
bu sahə dövlət quruculuğunun tərkib hissəsinə çevrildi. Azərbaycan
xalqının çoxəsrlik döyüş ənənələri üzərinə dünyanın son təcrübəsini
özündə əks etdirən yeni bir ordunun yaradılması AXC-nin mövcudluğu
dövründə dövlət quruculuğunun əldə etdiyi ən mühüm nailiyyətlərdən
biri oldu. Bunun üçün Azərbaycanın müstəqilliyinə və milli maraqlarına
cavab verən siyasət ortaya qoyuldu, dövlətin və xalqın bütün potensi-
alı yeni ordu yaradılmasına istiqamətləndirildi. Kifayət qədər qısa bir
müddət ərzində ordunun işlək idarəetmə strukturları formalaşdırıldı,
çağırış-səfərbərlik yaradıldı, milli hərbi kadrların hazırlanmasının sis-
temi quruldu, milli dəyərlər ordu quruculuğunun başlıca xüsusiyyətinə
çevrildi və nəticədə döyüşkən bir ordu meydana gətirildi. Məhz bu or-
dunun fəaliyyəti ilə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın ərazi
bütövlüyünə qarşı istiqamətlənmiş genişmiqyaslı təcavüzünü aradan
qaldırmaq mümkün oldu.
Dostları ilə paylaş: |