Strateji TƏHLİL



Yüklə 287,38 Kb.
Pdf görüntüsü
səhifə6/24
tarix02.01.2022
ölçüsü287,38 Kb.
#43190
1   2   3   4   5   6   7   8   9   ...   24
jrn2018 464

STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

335

olması  bu  dövlətin  mövcudluğunun  qorunmasının  başlıca  qarantı  kimi 

dəyərləndirilirdi.  Digər  tərəfdən  də  Cümhuriyyət  ordusu  hər  hansı  bir 

təcavüzkar məqsəd üçün deyil, konkret tarixi şəraitdə Azərbaycanın ərazi 

bütövlüyünün  qorunması  üçün  etibarlı  bir  qüvvə  kimi  təsəvvür  edilirdi 

[24, 123].

Milli ordu quruculuğu üçün düzgün seçilmiş belə siyasi-strateji xətt 

ölkənin güclü ordusunun formalaşdırılması üçün real zəmin yaratdı. Qar-

şıda duran məsuliyyətli vəzifələrin isə qısa zaman ərzində və uğurla yerinə 

yetirilməsi üçün ordu quruculuğu məsələləri yeni cəmiyyət quruculuğu-

nun bütün sahələri ilə sıx və səmərəli şəkildə tənzimləndi, ölkənin möv-

cud imkanları ordu quruculuğunun uğurlu aparılmasına səfərbər edildi.

Mövcud tarixi şəraitdə istər ölkənin ali qanunverici orqanı olan par-

lament, istərsə də icraedici orqan kimi Nazirlər Şurası milli ordunun qu-

rulması və təşkilatlandırılması ilə bağlı qarşıda duran mühüm vəzifələrin 

həyata keçirilməsinə dövlət maraqlarından yanaşırdılar. Bunun nəticəsi idi 

ki, Cümhuriyyətin mövcudluğu dövründə ölkə parlamenti ordu quruculu-

ğu və müdafiə məsələləri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirdi və 

müvafiq qərarlar qəbul etdi. Həmin qərarların hər biri ordu quruculuğu və 

ölkənin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv 

əhəmiyyətə malik idi. Bu qərarlar icraedici orqanların ordu quruculuğu 

ilə bağlı fəaliyyətinin istiqamətləndirilməsi üçün hüquqi baza kimi qəbul 

edildi [26, 21].

S.Mehmandarov 1918-ci il noyabrın 7-də özünün ilk əmrini imzaladı. 

Həmin  əmrdə  S.Mehmandarov  hərbi  nazirin  müavininin  təyin  edildiyi-

ni elan edir və qarşıda çox ciddi vəzifələrin dayandığına toxunurdu: “...

Vəzifələrimin  icrasına  başlarkən  mənim  görməli  olduğum  o  böyük  işin 

bütün  ciddiliyini,  mürəkkəbliyini  və  çətinliyini  anlayıram.  Ancaq  bu  iş 

görülməlidir  və  Hərbi  Nazirliyin  qarşısına  çıxan  bütün  çətinlikləri  birgə 

səmimi  fəaliyyət  və  vəzifəyə  təmiz  münasibət  bəsləndiyi  halda  aradan 

qaldırmaq mümkündür. Döyüşkən ordunun yaradılmasının bütün uğuru 

bütünlüklə bu işin düzgün qurulmasından asılıdır. Hamını birgə, səmimi 

fəaliyyətə dəvət etməklə mən bütün səviyyələrdə olan rəislərin diqqətini 

qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intizamın aşılanmasına, 

xidmətə məsuliyyət və məhəbbət hisslərinin, xidməti mülkiyyətə marağın 

oyadılmasına, qanun-qaydaya riayət edilməsinə və nəhayət, tabeçilikdə 

olanlara  qayğıkeş  və  mehriban  münasibət  göstərilməsinə  çağırıram. 

Yalnız  bu  keyfiyyətlərin  varlığı  ordunun  yaradılmasını,  gənc  respublika 

tərəfindən ona böyük xərclər çəkilməsini doğrulda bilər və belə bir or-

dunun yaradılması üçün mən heç bir çətinlikdən çəkinməyəcəyəm” [3, 3].

S.Mehmandarovun  da  xatırlatdığı  məsuliyyətli  vəzifələrin  icrasının 




Yüklə 287,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin