14
6.46. Qızdırıcı cihazlar təbii işıq düşən boşluqların altında baxılması, təmir edilməsi və
təmizlənməsi üçün asan keçilə bilən yerlərdə quraşdırılmalıdır.
Xəstəxanalarda, məktəbəqədər
uşaq müəssisələrində, məktəblərdə, əlil və qocalar evlərində
quraşdırılan qızdırıcı cihazın uzunluğu işıq düşən boşluğun uzunluğunun 75 %-indən az olmamalıdır.
6.47. Şüa isitmə sistemlərində səthinin temperaturu 150ºC-dən yuxarı olan qızdırıcı cihazlar
otağın yuxarı zonasında nəzərdə tutulmalıdır.
6.48. Qış dövründə xarici havanın hesabi temperaturu mənfi 15ºC və daha aşağı olan (B
paramertləri) rayonlarda daimi iş yerləri pəncərədən 2 m və daha az məsafədə
yerləşən istehsalat
sahələrində, işçilərin soyuq hava axınından qorunması məqsədilə, qızdırıcı cihazlar təbii işıq düşən
boşluqların (pəncərələrin) altında yerləşdirilməlidir.
Bu qızdırıcı cihazlar xarici qoruyucu konstruksiyaların döşəmədən və ya işçi meydançasından 4
m hündürlüyünə, əsaslandırıldıqda isə daha böyük hündürlüyünə uyğun itirilən istiliyin kompensasiya
edilməsi üçün nəzərdə tutulmalıdır.
6.49. Konstruksiyadaxili qızdırıcı elementlərin xarici birqat və ya daxili divarlarda,
həmçinin
arakəsmələrdə yerləşdirilməsinə yol verilmir.
Su isitmə sisteminin qızdırıcı elementlərinin çoxlaylı xarici divarlarda, mərtəbəarası örtüklərdə
və döşəmələrdə betonla monolitlənmiş şəkildə nəzərdə tutulmasına yol verilir.
6.50. Qızdırıcı cihazların ardıcıl qoşulması bir otağın daxilində nəzərdə tutula bilər.
Qarderobların, dəhlizlərin, sanitar qovşaqların, yuyunma otaqlarının, anbarların qızdırıcı cihazlarının
qonşu otaqların qızdırıcı cihazları ilə ardıcıl qoşulmasına yol verilir.
6.51. İstehsalat binalarında ustalar, texniki nəzarətçilər, anbar üçün nəzərdə tutulmuş ayrı-ayrı
kiçik otaqların qızdırıcı cihazlarının magistral tranzit boru kəmərlərinə birborulu sxem üzrə
qoşulmasına yol verilir.
6.52. Boru kəmərlərinin radiatorlara müxtəlif tərəfli birləşməsi seksiyaların sayı 20-dən çox
(təbii sirkulyasiyalı sistemlərdə 15-dən çox) olduqda, həmçinin ikidən çox radiator ardıcıl qoşulduqda
nəzərdə tutulmalıdır.
6.53. Pilləkən qəfəslərində qızdırıcı cihazlar, bir qayda olaraq,
birinci mərtəbədə, bölmələrə
ayrılmış pilləkən qəfəslərində isə МСН 2.02-01-in
tələblərini nəzərə alaraq hər bir bölmədə
yerləşdirilməlidir.
Xarici qapıları olan tambur bölmələrində qızdırıcı cihazların yerləşdirilməsi nəzərdə
tutulmamalıdır.
Pilləkən qəfəsindəki qızdırıcı cihazlar isitmə sisteminin ayrıca qollarına və ya dayaqlarına
birləşdirilməlidir.
6.54. Hamam və duş otaqlarında isti su təchizatı sisteminə birləşdirilməmiş dəsmal
quruducuları СНиП 2.04.01-ə uyğun olaraq isitmə sisteminə birləşdirilməlidir.
6.55. Sıxılmış və ya maye qaz balonlarının doldurulması və saxlanılması üçün nəzərdə tutulmuş
otaqlarda, həmçinin А, Б və В kateqoriyalı anbar otaqlarında, yanar materiallar anbarlarında və ya
yanar materialların yığılması üçün sexlərdə ayrılmış yerlərdə qızdırıcı cihazlar, təmizlənməsi üçün
onlara yaxınlaşma imkanını nəzərə almaqla, yanmayan materiallardan olan ekranla əhatələnməlidir.
Ekranlar qızdırıcı cihazlardan ən azı 100 mm məsafədə quraşdırılmalıdır. Örtüklü konvektorlar
ekranla əhatəyə alınmamalıdır.
6.56. İctimai binalarda qızdırıcı cihazların (örtüklü konvektorlardan başqa) təmizlənməsi üçün,
onlara yaxınlaşma imkanını nəzərə almaqla, dekorativ ekranlarla (şəbəkələrlə) əhatəyə alınmasına yol
verilir. Qızdırıcı cihazın
nominal istilik gücü, ekrandan (şəbəkədən) istifadə edildikdə, açıq
quraşdırılmış qızdırıcı cihazın nominal istilik gücünün 10 %-dən artıq olmamalıdır.
6.57. Qarderoblarda, duş otaqlarında, sanitar qovşaqlarında, anbarlarda, həmçinin
istilikdaşıyıcının donma ehtimalı olan otaqlarda (pilləkən qəfəslərində, tamburlarda ) olan cihazlardan
başqa digər qızdırıcı cihazlarda tənzimləyici armaturlar quraşdırılmalıdır.
15
Yaşayış və ictimai binaların qızdırıcı cihazlarında avtomatik
istilik tənzimləyiciləri
quraşdırılmalıdır.
6.58. Birborulu isitmə sistemlərinin qızdırıcı cihazlarında minimal hidravlik müqavimətli,
ikiborulu isitmə sistemlərinin qızdırıcı cihazlarında isə maksimal hidravlik müqavimətli tənzimləyici
armaturlar qəbul edilməlidir.
6.59. Bağlayıcı armatur nəzərdə tutulmalıdır:
a) isitmə sistemlərinin ayrı-ayrı konturlarının, qollarının və dayaqlarının bağlanması və
onlardakı suyun boşaldılması üçün;
b) kondensat ayrıcıları və avtomatik və ya məsafədən idarə olunan klapanlar üçün. Digər
avadanlıq üçün bağlayıcı armatur texniki-iqtisadi əsaslandırıldıqda nəzərdə tutulmalıdır;
c) fasilələrlə və ya qismən isidilən otaqlarda qızdırıcı cihazların bir hissəsinin və ya hamısının
dayandırılması üçün.
Mərtəbələrinin sayı üç və daha az olan binaların dayaqlarında bağlayıcı armaturların nəzərdə
tutulmamasına yol verilir.
Dostları ilə paylaş: