Строительные нормы и правила


Anbar otaqlarının isidilməsi bənd 6.55-də göstərilən məhdudiyyətlər nəzərə alınmaqla  texnoloji tələblərə uyğun layihələndirilməlidir.  6.7



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   6   7   8   9   10   11   12   13   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

6.6. Anbar otaqlarının isidilməsi bənd 6.55-də göstərilən məhdudiyyətlər nəzərə alınmaqla 
texnoloji tələblərə uyğun layihələndirilməlidir. 
6.7. Sahələri binanın isidilən otaqlarının ümumi sahəsinin 5 %-indən az olan və isidilməsinə 
göstərilən tələblər əsas binaya göstərilən tələblərdən fərqlənən bir və ya bir neçə otağın yerli qızdırıcı 
cihazlarla isidilməsi, bu otaqların yanğın və partlayış təhlükəsizliyi pozulmadıqda əsas binaya 
göstərilən tələblərə uyğun layihələndirilməlidir. 
6.8. А və Б kateqoriyalı otaqlarda hava ilə isitmə layihələndirilməlidir. Digər sistemlərin də, o 
cümlədən yerli qızdırıcı cihazlarla su və ya buxar isitmə sistemlərinin tətbiq edilməsinə yol verilir 
(bax əlavə 11), bu halda su və ya su buxarı ilə təmasda olduqda partlayış təhlükəli qarışıqları əmələ 
gətirə bilən maddələrin və ya su ilə qarşılıqlı əlaqə yarandıqda öz-özünə alışa və ya partlaya bilən 
maddələrin saxlanıldığı və ya istifadə olunduğu otaqlar istisna edilməlidir. 
6.9. Mənzil isitmə sistemləri ilə təchiz olunmuş binaların, həmçinin xarici havanın qış dövründə 
hesabi temperaturu mənfi 5ºC və daha yüksək (B parametrləri) olan rayonlarda binaların pilləkən 
qəfəslərinin isidilməsi layihələndirilməməlidir. 
İsitmə sistemləri 
6.10. Binaların isitmə sistemləri elə layihələndirilməlidir ki, otaqlarda havanın bərabərsürətli 
qızması, hidravlik və istilik dayanıqlığı, partlayış və yanğın təhlükəsizliyi, təmizlənməsi və təmiri 
üçün əlverişli şərait təmin edilsin.
6.11. Hesabi istilik sərfi 50 kVt və daha çox olan binanın istilik təchizatı sistemi, istilik 
yükünün avtomatik tənzimlənməsi ilə layihələndirilməlidir. 
6.12. Bir işçiyə 50 m
2
-dən çox döşəmə sahəsi düşən istehsalat sahələrinin isitmə sistemləri
daimi iş yerlərində havanın hesabi temperaturunun bənd 5.1-ə uyğun, müvəqqəti iş yerlərində isə 
10ºC-dən az olmamaqla daha alçaq temperaturun təmin edilməsi üçün layihələndirilməlidir. 
6.13. Yay dövründə xarici havanın hesabi temperaturu 25ºC və daha yüksək olan (A 
parametrləri) rayonlarda yerləşən binalar üçün isitmə sistemindən otaqların soyudulması məqsədilə 
istifadə edilməsinə yol verilir. Bu zaman otağın döşəməsinin yanında hava temperaturunun (cihazdan 
1 m-dən çox olan məsafədə) normalaşdırılan temperaturdan 2ºC-dən çox aşağı olmasına yol verilmir. 
Qızdırıcı cihazlardan otaqların soyudulması məqsədilə istifadə edildikdə, onların səthinin 
temperaturu, otaqdakı havanın şeh nöqtəsi temperaturundan ən azı 1ºC artıq qəbul edilməlidir. 
6.14. Yaşayış binalarının isitməsi layihələndirilərkən МСН 4.02-02 uyğun olaraq hər bir 
mənzilə, bu binada yerləşən ictimai təyinatlı otaqlara, həmçinin bütövlükdə bütün binaya və ya 
seksiyaya (bölməyə) verilən istilik sərfinin tənzimləməsini və uçotunu təmin edən texniki həllər 
nəzərdə tutulmalıdır. 
Hər bir mənzilin istilik sərfinin (ümumi sayğacın göstəricisi nəzərə alınmaqla) müəyyən 
edilməsi üçün yaşayış binalarında nəzərdə tutulmalıdır: 
- boruların üfüqi paylanması ilə mənzillər üzrə isitmə sisteminin və hər bir mənzil üçün istilik 
sərfi sayğacının quraşdırılması; 


10 
- bir neçə mənzil üçün ümumi isitmə dayaqları olan binalarda, mənzillər üzrə istilik sərfinin 
uçotu sistemlərinin, hər bir qızdırıcı cihazda istilik sərfi indikatoru ilə, quraşdırılması; 
- bina üçün ümumi istilik sərfi sayğacını quraşdırmaqla, isidilən mənzillərin sahələrinə 
mütənasib olaraq mənzillər üzrə istilik sərfinin ölçülməsinin təşkili. 
6.15. Qızdırıcı elementlərin yerləşdirildiyi inşaat konstruksiyalarının səthinin orta temperaturu 
aşağıdakı kimi (yuxarı olmamaqla) qəbul edilməlidir, ºC: 
a) xarici divarlar üçün: 
95 - döşəmə səviyyəsindən 1 m-ə qədər hündürlükdə; 
- həmçinin, 2,5 m və daha yüksək olduqda tavanlar üçün olduğu kimi qəbul edilməlidir; 
b) otaqların döşəmələri üçün: 
26 - insanların daimi olduqları yerlərdə; 
31 - insanların müvəqqəti olduqları yerlərdə, bağlı üzgüçülük hovuzlarının skamyalarında və 
əhatə yollarında; 
c) tavanlar üçün otaqların hündürlüyü aşağıdakı kimi olduqda: 
28 - 2,5 m-dən 2,8 m-ə qədər olduqda
30 - 2,8 m-dən 3,0 m-ə qədər olduqda; 
33 - 3,0 m-dən 3,5 m-ə qədər olduqda; 
36 - 3,5 m-dən 4,0 m-ə qədər olduqda; 
38 - 4,0 m-dən 6,0 m-ə qədər olduqda. 
Uşaq müəssisələrində, yaşayış binalarında və üzgüçülük hovuzlarında qızdırıcı cihazların oxu 
boyunca döşəmə səthlərinin temperaturu 35ºC-dən yuxarı olmamalıdır. 
Səthin temperaturunun məhdudlaşdırılması mərtəbəarası örtük və ya döşəmə konstruksiyasında 
yerləşdirilmiş isitmə sistemlərinin tək-tək borularına aid edilmir. 
6.16. İş yerlərinin alçaq temperaturlu panellərlə radiasiyalı qızdırılmasında səthin temperaturu 
60ºC-dən yuxarı, radiasiyalı soyudulmasında isə 2ºC-dən aşağı qəbul edilməməlidir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin