Строительные нормы и правила


Bir otaq üçün ayrı-ayrı ventilyasiya sistemlərinin layihələndirilməsinə texniki-iqtisadi  əsaslandırıldıqda yol verilir.  7.26



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   14   15   16   17   18   19   20   21   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

7.25. Bir otaq üçün ayrı-ayrı ventilyasiya sistemlərinin layihələndirilməsinə texniki-iqtisadi 
əsaslandırıldıqda yol verilir. 
7.26. Zərərli maddələr və ya partlayış-yanğın təhlükəsi olan qarışıqlar üçün yerli sorma 
sistemləri, bənd 7.12-nin tələblərinə riayət edilməklə, ümumi mübadilə ventilyasiya sistemindən 
ayrıca layihələndirilməlidir. 
Ehtiyat ventilyatorla təchiz edilmiş və gün ərzində fasiləsiz işləyən ümumi mübadilə sorucu 
ventilyasiya sisteminə, havasının zərərli maddələrdən təmizlənməsi tələb olunmadıqda, yerli sorma 
sistemlərinin birləşdirilməsinə yol verilir. 
7.27. Tərkibində partlayış-yanğın təhlükəsi yarada bilən yanar maddələrə malik havanı 
avadanlığın ətrafındakı 5 m-lik zonadan xaric edən В, Г və Д kateqoriyalı otaqlar üçün ümumi 
mübadilə sorucu ventilyasiya sistemləri, bu otaqların digər sistemlərindən ayrı nəzərdə tutulmalıdır. 
7.28. İstilik seli ilə şüalanan iş yerlərinə havanın verilməsi üçün nəzərdə tutulmuş hava 
duşlanması sistemləri digər təyinatlı sistemlərdən ayrıca layihələndirilməlidir. 
7.29. A və Б kateqoriyalı otaqların bir tambur-şlüzünə və ya tambur-şlüz qrupuna sutkaboyu və 
ilboyu fasiləsiz xarici hava vurma sistemləri, ehtiyat ventilyator nəzərdə tutulmaqla, digər təyinatlı 
sistemlərdən ayrıca layihələndirilməlidir. 
A və ya Б kateqoriyalı bir otağın tambur-şlüzünə və ya bir qrup tambur-şlüzlərinə və A və ya Б 
kateqoriyalı ventilyasiya avadanlığı otağının tambur-şlüzünə havanın verilməsi, bu otaqlar üçün 
nəzərdə tutulmuş vurucu sistemdən və ya (tambur-şlüzlər üçün tələb olunan havadəyişməyə görə 
ehtiyat ventilyator və yanğın baş verdikdə A, Б, В, Г və ya Д kateqoriyalı otaqlara havanın 
verilməsinin avtomatik dayandırılması nəzərdə tutulmaqla), В, Г və Д kateqoriyalı otaqlara xidmət 
edən vurucu sistemdən (resirkulyasiyasız) layihələndirilməsinə yol verilir. 
Digər təyinatlı tambur-şlüzlərə hava vurma sistemləri bu tambur-şlüzlərin mühafizə etdikləri 
otaqların sistemləri ilə birgə nəzərdə tutulmalıdır. 
7.30. Birləşmələri partlayış əmələ gətirə bilən və ya daha təhlükəli və zərərli maddələr yarada 
bilən maddələr üçün texnoloji avadanlıqdan yerli sorma sistemləri ayrıca nəzərdə tutulmalıdır. 


23 
Layihənin texnoloji hissəsində yanar və zərərli maddələr üçün olan yerli sorma sistemlərinin ümumi 
sistemlərə birləşdirilməsinin mümkünlüyü göstərilməlidir. 
7.31. A, Б və В kateqoriyalı anbar otaqlarında yanar qaz və buxar ayırmaları olduqda ümumi 
mübadilə ventilyasiya sistemi mexaniki nəzərdə tutulmalıdır. Ayrılan yanar qaz və buxarlar havadan 
yüngül olduqda və tələb olunan havadəyişmə 1 saatda ikiqat misldən çox olmadıqda, havanın xaric 
edilməsini yalnız yuxarı zonadan nəzərə almaqla, bu sistemlərin təbii nəzərdə tutulmasına yol verilir. 
Tutumu 10 tondan yuxarı olan A və Б kateqoriyalı anbar otaqları üçün girişində yerli idarəetmə 
sisteminin quraşdırılması ilə, tələb olunan havadəyişməyə uyğun ehtiyat mexaniki sorucu ventilyasiya 
sistemi nəzərdə tutulmalıdır. 
7.32. Zərərli qaz və buxar ayırmaları olan anbar otaqlarından ümumi mübadilə ventilyasiya 
sistemləri mexaniki nəzərdə tutulmalıdır. 3 və 4-cü təhlükəlilik siniflərinə aid havadan yüngül zərərli 
qaz və buxar ayrılmaları olduqda belə sistemlərin təbii nəzərdə tutulmasına yol verilir və ya girişində 
yerli idarəetmə sisteminin yerləşdirilməsi ilə tələb olunan havadəyişməyə uyğun ehtiyat mexaniki 
sorucu ventilyasiya sistemi nəzərdə tutulmalıdır. 
7.33. Havakəmərlərində və ya ventilyasiya avadanlığında çökməsi və ya kondensasiya olunması 
ehtimalı olan yanar maddələrin yerli sorma sistemləri hər bir otaq və ya hər bir avadanlıq üçün ayrıca 
layihələndirilməlidir. 
7.34. A və Б kateqoriyalı otaqlar üçün ümumi mübadilə sorucu ventilyasiya sistemləri mexaniki 
nəzərdə tutulmalıdır. bənd 7.56-nın tələbləri və ilin yay dövründə küləksiz şəraitdə işləmə qabiliyyəti 
təmin edildikdə belə sistemlərin təbii nəzərdə tutulmasına yol verilir. 
7.35. Otaqların ümumi mübadilə ventilyasiya sistemlərinin, bu otaqlarda olan çala və baxış 
kanallarının ventilyasiyası üçün istifadə edilməsinə yol verilir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin