30
7.88. Toz-hava qarışığının yaş təmizlənməsi üçün toztutucular ventilyatorlarla
birlikdə və ya
onlardan ayrı, isidilən otaqlarda yerləşdirilməlidir. Toztutucuların isidilməyən otaqlarda və ya
binalardan kənarda yerləşdirilməsinə yol verilir.
Toztutucuları (toz-hava qarışığının quru və ya yaş təmizlənməsi üçün) isidilməyən otaqlarda və
ya binalardan kənarda yerləşdirdikdə, onlarda suyun donmaması və ya nəmliyin kondensasiya
olmaması üçün tədbirlər nəzərdə tutulmalıdır.
7.89. A və Б kateqoriyalı otaqlara xidmət
edən vurucu ventilyasiya, kondisiyalaşdırılma və hava
ilə isitmə sistemləri avadanlığının, sorucu sistemlərin, həmçinin havanın resirkulyasiyası ilə vurucu-
sorucu sistemlərin və ya hava ilə hava istilik utilizatorlarının avadanlığı ilə birgə
ventilyasiya
avadanlığı üçün ümumi olan otaqda yerləşdirilməsinə yol verilmir.
A və Б kateqoriyalı sahələrə (bu sahələrdə yerləşmiş müdiriyyətin, işçilərin istirahət və qızınma
otaqları da daxil olmaqla) xidmət edən vurucu sistemlərin havakəmərlərində, havakəmərlərinin
ventilyasiya avadanlığı yerləşən otağların divarları ilə kəsişmə yerlərində partlayışdan mühafizəli əks
klapanlar nəzərdə tutulmalıdır.
7.90. В kateqoriyalı otaqlara xidmət edən resirkulyasiyalı vurucu sistemlərin avadanlığının,
digər kateqoriyalı partlayış-yanğın təhlükəli otaqların sistemlərinin avadanlığı ilə birgə ventilyasiya
avadanlığı üçün ümumi otaqda yerləşdirilməsinə yol verilmir.
7.91. Yaşayış otaqlarına xidmət edən vurucu sistemlərin avadanlığının əhaliyə məişət xidməti
göstərən sahələrin vurucu sistemlərinin və həmçinin sorucu sistemlərin avadanlığı ilə birgə
ventilyasiya avadanlığı üçün olan ümumi otaqda yerləşdirilməsinə yol verilmir.
7.92. Kəskin və ya xoşagəlməz iyli havanı xaric edən (siqaret çəkilən otaqlardan,
sanitar
qovşaqlarından) sorucu sistemlərin avadanlığının, ventilyasiya avadanlığı üçün ümumi otaqda,
vurucu sistemlərin avadanlığı ilə birgə yerləşdirilməsinə yol verilmir.
7.93. A və Б kateqoriyalı otaqlara xidmət edən ümumi mübadilə sorucu ventilyasiya sistemlərin
avadanlığının ventilyasiya avadanlığı üçün ümumi otaqda digər sistemlərin avadanlığı ilə birgə
yerləşdirilməsinə yol verilmir.
A və Б kateqoriyalı otaqlar üçün olan ümumi mübadilə sorucu ventilyasiya sistemlərinin
avadanlığının, ventilyasiya avadanlığı üçün ümumi otaqda, partlayış təhlükəli qarışıqların toztutucusu
olmayan və ya yaş toztutuculu yerli sorma sistemlərinin avadanlığı
ilə birgə yerləşdirilməsinə,
havakəmərlərində yanar maddələrin çökməsi istisna edildiyi halda yol verilir. В kateqoriyalı otaqların
sorucu sistemlərinin avadanlığı, Г kateqoriyalı otaqların sorucu sistemlərinin avadanlığı ilə birgə
ümumi otaqda yerləşdirilməməlidir.
7.94. Partlayış təhlükəli qarışıqların yerli sorma sistemlərin avadanlığının, ventilyasiya
avadanlığı üçün ümumi otaqda, bənd 7.93-də göstərilən hallardan başqa digər sistemlərin avadanlığı
ilə birgə yerləşdirilməsinə yol verilmir.
7.95. İstiliyi (soyuqluğu) hava ilə hava istilik utilizatorlarında istifadə edilən sorucu sistemlərin,
həmçinin resirkulyasiya sistemlərinin avadanlığı bənd 7.92 və 7.93-ün tələbləri nəzərə alınmaqla
yerləşdirilməlidir.
Hava ilə hava istilik utilizatorları vurucu sistemlərin ventilyasiya avadanlığı üçün olan
otaqlarda yerləşdirilməlidir.
Dostları ilə paylaş: