Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Havakəmərləri 
7.107. Yanğın zamanı otağa yanma məhsullarının (tüstünün) daxil olmasının qarşısının alınması 
üçün ümumi mübadilə ventilyasiya, hava ilə isitmə və havanın kondisiyalaşdırılması sistemlərinin 
havakəmərlərində aşağıdakılar nəzərdə tutulmalıdır: 
a) odsaxlayıcı klapanlar – ictimai, inzibati-məişət və Г kateqoriyalı istehsalat otaqlarının 
mərtəbələr üzrə yığıcı havakəmərlərinin şaquli kollektora birləşmə yerlərində; 
b) hava bağlayıcıları – iki və daha çox mərtəbəsi olan yaşayış, ictimai, inzibati-məişət (sanitar 
qovşaqları, əl-üz yuma otaqları, duş otaqları və hamamlardan başqa) binaların otaqlarının və Г 
kateqoriyalı istehsalat otaqlarının mərtəbələr üzrə yığıcı havakəmərlərinin şaquli və ya üfüqi 
kollektora birləşmə yerlərində. 
Hər bir üfüqi kollektora ardıcıl yerləşmiş beşdən artıq mərtəbənin havakəmərlərinin 
birləşdirilməsinə yol verilmir
c) odsaxlayıcı klapanlar – A və Б və ya В kateqoriyalı otaqlara xidmət edən havakəmərlərinin 
yanğın əleyhinə mühafizə sədləri və ya mərtəbəarası örtüklərlə kəsişmə yerlərində; 
ç) odsaxlayıcı klapan – ümumi dəhlizə çıxışları olan, bir mərtəbə daxilində ümumi sahəsi 300 
m
2
-dan yuxarı olmayan A, Б və ya В kateqoriyalarının hər hansı birindən olan otaqlar qrupuna 
(anbarlardan başqa) xidmət edən hər bir tranzit yığıcı havakəmərində (ventilyatora ən yaxın qoldan 1 
m-dən artıq olmayan məsafədə); 
d) əks klapanlar – A, Б və ya В kateqoriyalı hər bir otağın ayrı-ayrı havakəmərlərinin yığıcı 
havakəmərinə və ya kollektora birləşmə yerlərində. 
Qeyd:
1. “a” və “c” yarımbəndlərində göstərilən odsaxlayıcı klapanlar arakəsmədə, mühafizə səddinin 
bilavasitə yanında və ya ondan kənarda yerləşdirilməlidir. Bu halda havakəmərinin mühafizə səddindən 
klapana qədər olan hissəsinin odadavamlılığı mühafizə səddinin odadavamlılığına bərabər olması təmin 
edilməlidir. 
2. Texniki səbəblərə görə klapanların və ya hava bağlayıcılarının yerləşdirilməsi mümkün olmadıqda, 
müxtəlif otaqların havakəmərləri bir sistemə birləşdirilməməlidir, bu halda hər bir otaq üçün klapanlar və ya 
hava bağlayıcıları olmayan ayrıca sistemlər nəzərdə tutulmalıdır. 
3. Partlayış və yanğın təhlükəli qarışıqların yerli sorma sistemlərinin havakəmərləri “c” və ya “d” 
yarımbəndlərinə uyğun olaraq layihələndirilməlidir. 
4. Yaşayış, ictimai və inzibati-məişət binalarının ümumi mübadilə sorucu ventilyasiya havakəmərlərinin 
(tibbi təyinatlı binaların havakəmərlərindən başqa) isti çardaqda birləşdirilməsinə yol verilir. 
5. Tibbi təyinatlı binalarda şaquli kollektorların istifadəsinə yol verilmir. 
7.108. Xarici havanın sərfi zərərli maddələrin assimilyasiyasına görə müəyyən edilmiş, 
müxtəlif mərtəbələrdə yerləşən bir otaqdan digərinə 1 və 2-ci təhlükəlilik siniflərinə aid edilən zərərli 
maddələrin (ventilyasiya işləmədikdə) keçməsinin qarşısının alınması üçün əks klapanların qoyulması 
nəzərdə tutulmalıdır. 
İctimai, inzibati-məişət və ya Г və Д kateqoriyalı istehsalat otaqlarını dəhlizlərdən ayıran 
yanğın əleyhinə divar və arakəsmələrdə havanın keçməsi üçün deşiklərin qoyulmasına, deşiklər 
odsaxlayıcı klapanlarla təchiz edildikdə, yol verilir. 
7.109. Havakəmərləri əlavə 20-də göstərilmiş materiallardan layihələndirilməlidir. Binaların 
yanmayan konstruksiyalarının odadavamlılıq həddi, havakəmərləri üçün tələb olunana bərabər və ya 
ondan artıq olduqda, konstruksiyaların kipləşdirilməsi, daxili səthlərinin hamarlaşdırılması (sürtmə, 


33 
yapışdırma) və havakəmərinin təmizlənməsi imkanı nəzərdə tutulmaqla bu konstruksiyaların asan 
kondensasiya olunan buxarı olmayan havanın nəqli üçün istifadə edilməsinə yol verilir. 
7.110. Havakəmərləri dairəvi en kəsikli layihələndirilməlidir: texniki-iqtisadi əsaslandırmaqla 
düzbucaqlı və digər en kəsik formalı havakəmərlərindən istifadə edilməsinə yol verilir. En kəsiyin 
ölçüləri əlavə 21-ə əsasən qəbul edilməlidir. 
7.111. Aşağıdakı hallarda havakəmərləri yanmayan materiallardan layihələndirilməlidir: 
a) partlayış və yanğın təhlükəli qarışıqların yerli sorma sistemləri üçün, qəza sistemi üçün və 
80C və daha yüksək temperaturlu havanı nəql edən sistemlər üçün bütün uzunluğu boyu; 
b) yaşayış, ictimai, inzibati-məişət və istehsalat binalarının ümumi mübadilə ventilyasiya, 
havanın kondisiyalaşdırılması və hava ilə isitmə sistemlərinin tranzit sahələri və ya kollektorları 
üçün; 
c) ventilyasiya avadanlığı otaqlarından, texniki mərtəbələrdən, çardaq və zirzəmilərdən 
keçdikdə. 
7.112. Çətin yanar materiallardan havakəmərlərinin bənd 7.111-in “a” yarımbəndində 
göstərilən sistemlərdən və insanların kütləvi olduqları otaqlardan başqa, birmərtəbəli yaşayış, ictimai, 
inzibati-məişət və Д kateqoriyalı istehsalat binalarının otaqlarında nəzərdə tutulmasına yol verilir. 
7.113. Yanar materiallardan havakəmərlərinin xidmət edilən otaqların daxilində bənd 7.111-
də 
göstərilən havakəmərlərindən başqa, nəzərdə tutulmasına yol verilir. Д kateqoriyalı otaqlara xidmət 
edən və onlardan keçən sistemlərin havakəmərlərində yanar materiallardan elastik taxma və 
dirsəklərin layihələndirilməsinə, onların uzunluğu çətin yanan materialdan olan boru kəmərlərinin 
uzunluğunun 10 %-indən, yanmayan materiallardan olan boru kəmərlərinin uzunluğunun isə 5 %-
indən yuxarı olmadığı hallarda yol verilir. 7.111-in “a” yarımbəndində göstərilən sistemlərdən başqa 
digər sistemlərdə ventilyatorların elastik taxmalarının yanar materiallardan layihələndirilməsinə yol 
verilir. 
7.114. Havakəmərlərinin korroziyadan mühafizə edilməsi məqsədilə yanar materiallardan 
qalınlığı 0,5 mm-dən çox olmayan rəng və ya plyonkanın istifadə edilməsinə yol verilir. 
7.115. Aşağıdakı havakəmərləri istifadə edilməlidir: 
a) П sinifli (kip) - ventilyatorda statik təzyiq 1400 Pa-dan yuxarı olmaqla ümumi mübadilə 
ventilyasiya və hava ilə isitmə sistemlərinin tranzit sahələri üçün və təzyiqdən asılı olmayaraq yerli 
sorma və kondisiyalaşdırılma sistemlərinin tranzit sahələri üçün, həmçinin A və Б kateqoriyalı 
otaqlara xidmət edən sistemlər üçün; 
b) Н sinifli (normal) - digər hallarda. 
Havakəmərlərində kipsizliyinə görə itirilən və sorulan havanın sərfi cədvəl 1-də göstərilən 
qiymətlərdən artıq olmamalıdır. 
Cədvəl 1 
Hava- 
kəmərinin 
sinifi 
Ventilyatorun yanında havakəmərində havanın izafi statik təzyiqi (müsbət və ya mənfi), kPa ilə 
olduqda, kəmərin 1 m
2
açılmış sahəsinə görə m
3
/saat-la havanın itkisi və ya sorulması 
0,2 0,4 0,6 0,8 
1,0 
1,2 
1,4 
1,6 1,8 2,0 2,5 3,0 3,5 4,0 4,5 
5,0 

3,6 5,8 7,6 9,2 10,7 12,1 13,4 









П 
1,2 1,9 2,5 3,0 
3,5 
4,0 
4,4 
4,9 5,3 5,7 6,6 7,5 8,2 9,1 9,9 10,6 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin