Строительные нормы и правила


Havakəmərlərinin МСН 2.02-01-ə riayət edilməklə yanğın əleyhinə divarlarda  çəkilməsinə yol verilir.  7.123



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   26   27   28   29   30   31   32   33   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

7.122. Havakəmərlərinin МСН 2.02-01-ə
riayət edilməklə yanğın əleyhinə divarlarda 
çəkilməsinə yol verilir. 
7.123. Tranzit havakəmərlərinin pilləkən qəfəslərindən (tüstü əleyhinə vurucu ventilyasiyanın 
havakəmərləri istisna olunmaqla) və sığınacaq sahələrindən keçirilməsinə yol verilmir. 
7.124. A və Б kateqoriyalı sahələr üçün havakəmərlərinin və partlayış təhlükəli qarışıqların 
yerli sorma sistemlərin havakəmərlərinin zirzəmi və döşəməaltı kanallarda çəkilməsinə yol verilmir. 
7.125. Tranzit havakəmərlərinin binaların divar, arakəsmə və mərtəbəarası örtüklərlə 
kəsişmələrindəki (o cümlədən üzlük və şaxtalarda) boşluqları, kəsilən konstruksiyanın 
normalaşdırılan odadavamlılıq həddi təmin edilməklə, yanmayan materiallarla kipləşdirilməlidir. 
7.126. Partlayış təhlükəli qarışıqların hərəkət etdiyi havakəmərləri ilə istilikdaşıyıcı boru 
kəmərlərinin kəsişməsinə, istilikdaşıyıcının temperaturu, ºC, qazların, buxarların, toz və aerozolların 
öz-özünə alovlanma temperaturundan ən azı 20 % aşağı olduğu halda yol verilir. 
7.127. Partlayış təhlükəli qarışıqların yerli sorma sistemlərinin, həmçinin 1 və 2-ci təhlükəlilik 
sinfinə aid edilən zərərli maddələrin havakəmərlərinin təzyiqli sahələrinin digər otaqlardan 
çəkilməsinə yol verilmir. Belə havakəmərlərinin П (kip) sinifli qaynaqlı, sökülən birləşmələr 
olmadıqda, çəkilməsinə yol verilir. 
7.128. Havakəmərlərinin daxilində və onların divarlarından 50 mm məsafədə qaz və yanar 
maddələrin boru kəmərlərinin, kabellərin, elektrik naqillərinin və kanalizasiya boru kəmərlərinin 
yerləşdirilməsinə yol verilmir; havakəmərlərinin bu kommunikasiya xətləri ilə kəsişməsinə də yol 


36 
verilmir. 
7.129. Ümumi mübadilə sorucu sistemlərin və havadan yüngül yanar qazların hava ilə qarışığı 
üçün yerli sorma sistemlərinin havakəmərləri qaz-hava qarışığının hərəkəti istiqamətində ən azı 0,005 
yüksələn mailliklə layihələndirilməlidir. 
7.130. Nəmliyin və ya digər mayenin kondensasiyası və ya çökməsi ehtimalı olan 
havakəmərləri, havanın hərəkət istiqamətində ən azı 0,005 mailliklə layihələndirməli və drenaj 
edilməsi nəzərdə tutulmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin