7.44. Havanın resirkulyasiyası xarici hava parametrlərinin dəyişməsindən asılı olaraq dəyişkən
sərfli nəzərdə tutulmalıdır.
7.45. Havanın resirkulyasiyasına yol verilmir:
a) xarici havanın maksimal sərfi 1 və 2-ci təhlükəlilik siniflərinə aid ayrılan zərərli maddələrin
miqdarına görə müəyyən edilən otaqlardan;
b) havasının tərkibində dövlət sanitariya-epidemioloji xidmətinin təyin etdiyi normalardan artıq
xəstəlik törədici bakteriyalar və göbələklər olan və ya kəskin duyulan xoşagəlməz iylər olan
otaqlardan;
c) havaqızdırıcıdan əvvəl havanın təmizlənməsi nəzərdə tutulmadıqda havaqızdırıcıların
qızdırılmış səthləri ilə toxunduqda ayrılan zərərli maddələr olan otaqlardan;
ç) A və Б kateqoriyalı otaqlardan (xarici darvaza və qapıların yanında olan hava və isti hava
pərdələrindən başqa);
d) В, Г və Д kateqoriyalı otaqlarda yerləşən avadanlığın ətrafındakı 5 m-lik zonalardan, əgər bu
zonalarda yanar qazların, buxarların və aerozolların hava ilə birləşərək partlayış təhlükəsi yaratması
ehtimalı olarsa;
e) zərərli maddələrin və hava ilə qarışığı partlayış təhlükəli olan maddələrin yerli sorma
sistemlərindən;
ə) tambur-şlüzlərdən.
Hava tozdan təmizləndikdən sonra, toz-hava qarışığının (partlayış təhlükəli toz-hava
qarışığından başqa) yerli sorma sistemlərindən olan havanın resirkulyasiyasına yol verilir.
Qeyd. Laboratoriyalardan havanın resirkulyasiyasına aid tələblər əlavə 18-də verilmişdir. 7.46. Havanın resirkulyasiyası məhdudlaşdırılır:
a) bir mənzilin, mehmanxanada bir nömrənin və ya bir ailənin yaşadığı evin hüdudları ilə;
b) bənd 7.45-in “a” yarımbəndində göstərilən otaqlardan başqa 1-ci və 2-ci təhlükəlilik sinifli,
eyni növ zərərli maddələrin ayrıldığı bir və ya bir neçə otağın hüdudları ilə.
Havadəyişmənin təşkili 7.47. İctimai, inzibati-məişət və istehsalat binalarının otaqlarından xaric edilən və vurulan
havanın paylanması bu otaqlardan sutka və ya il ərzində istifadə rejimləri, həmçinin istiliyin,
nəmliyin və zərərli maddələrin dəyişkən daxil olmaları nəzərə alınmaqla təşkil edilməlidir.