Строительные нормы и правила


Sistemlərin avtomatlaşdırma və nəzarət səviyyəsi texnoloji tələblərə və iqtisadi  məqsədəuyğunluğa görə seçilməlidir.  12.7



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   36   37   38   39   40   41   42   43   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

12.6. Sistemlərin avtomatlaşdırma və nəzarət səviyyəsi texnoloji tələblərə və iqtisadi 
məqsədəuyğunluğa görə seçilməlidir. 
12.7. İstilikdaşıyıcının (soyuqluq daşıyıcının) və havanın aşağıdakı parametrlərinə sistemlərdə 
nəzarət edilməlidir: 
a) daxili istilik təchizatı sistemində - vurucu ventilyasiya avadanlığı üçün olan otaqda ümumi 
verici və qayıdıcı boru kəmərlərindəki istilikdaşıyıcının temperaturu və təzyiqinə; istilik mübadilə 
qurğularının çıxışında – temperatura və təzyiqə; 
b) yerli qızdırıcı cihazlarla isitmə sistemində - nəzarət olunan otaqlarda havanın temperaturuna 
(layihənin texnoloji hissəsinin tələbinə görə); 
c) hava ilə isitmə və vurucu ventilyasiya sistemlərində - vurulan havanın temperaturuna və 
nəzarət olunan otaqda havanın temperaturuna (layihənin texnoloji hissəsinin tələbinə görə); 
ç) hava duşlanması sistemində - verilən havanın temperaturuna
d) kondisiyalaşdırma sistemində - xarici, resirkulyasiya olunan, nəmləşdirmə kamerasından və 
ya səthli hava soyuducusundan sonra vurulan havanın və otaqlardakı havanın temperaturuna; 
otaqlarda havanın nisbi rütubətliyinə (tənzimləndikdə); 
e) soyuqluq təchizatı sistemində - hər bir istilik mübadilə aparatından və ya qarışdırıcı 
qurğudan əvvəl və sonra soyuqluq daşıyıcısının temperaturuna, ümumi boru kəmərində soyuqluq 
daşıyıcısının təzyiqinə; 
ə) filtrli, statik təzyiq kameralı, istilik utilizatorlu ventilyasiya və kondisiyalaşdırılma 
sistemlərində - havanın təzyiqinə və təzyiq fərqinə (avadanlığın texniki şərtlərinin tələbinə və ya 
istismar şərtlərinə görə). 
12.8. Məsafədən nəzarət edilən cihazlar əsas parametrlərin ölçülməsi üçün nəzərdə tutulmalıdır; 
digər parametrlərin ölçülməsi üçün isə yerli cihazlar (səyyar və ya stasionar) nəzərdə tutulmalıdır. 
Avadanlığı bir otaqda yerləşdirilmiş sistemlər üçün verici boru kəmərində temperaturun və 
təzyiqin ölçülməsi üçün bir ümumi cihaz, avadanlığın qayıdıcı kəmərlərində isə fərdi cihazlar nəzərdə 
tutulmalıdır. 
12.9. Avadanlığın iş vəziyyəti haqqında (“Qoşulub”, “Qəza”) siqnalizasiya aşağıdakı sistemlər 
üçün nəzərdə tutulmalıdır: 
a) təbii havalandırılması olmayan istehsalat, inzibati-məişət və ictimai binaların otaqlarının 
ventilyasiyası; 
b) 1-ci və 2-ci sinif təhlükəli zərərli maddələrin və ya partlayış təhlükəli qarışıqların xaric 
edilməsi üçün yerli sormalar; 
c) A və Б kateqoriyalı otaqların ümumi mübadilə sorucu ventilyasiya; 
ç) A və Б kateqoriyalı anbar otaqlarının nəzarət edilən parametrlərinin normadan kənara 
çıxması qəzaya səbəb ola biləcəyi halda ümumi mübadilə sorucu ventilyasiya. 
Qeyd. Təbii havalandırılması olmayan otaqlara olan tələblər sanitar qovşaqlarına, siqaret çəkilən 
otaqlara, qarderob otaqlarına və digər oxşar otaqlara aid edilmir. 
12.10. İsitmə, ventilyasiya və kondisiyalaşdırılma sistemlərində məsafədən nəzarət və əsas 
parametrlərin qeydiyyatı texnoloji tələblərə uyğun olaraq layihələndirilməlidir. 
12.11. Parametrlərin avtomatik tənzimlənməsi aşağıdakı sistemlər üçün layihələndirilməlidir: 
a) bənd 6.11-ə uyğun yerinə yetirilmiş isitmə; 
b) hava ilə isitmə və hava duşlandırılması; 
c) dəyişən hava sərfi, həmçinin xarici və resirkulyasiya hava qarışığının dəyişən sərfi ilə işləyən 
vurucu və sorucu ventilyasiya; 
ç) əsaslandırıldıqda vurucu ventilyasiya; 
d) kondisiyalaşdırılma; 
e) soyuqluq təchizatı; 
ə) otaqlarda havanın əlavə olaraq yerli nəmləşdirilməsi. 
Qeyd. İctimai, inzibati-məişət və istehsalat binaları üçün istilik sərfinin azalmasını təmin edən 


47 
parametrlərin proqram təminatı əsasında tənzimlənməsi nəzərdə tutulmalıdır. 
12.12. Havanın parametrlərinin nəzarəti və tənzimlənməsi vericiləri, qızdırılmış və ya 
soyudulmuş səthlərin və vurucu hava şırnaqlarının təsirinə məruz qalmayan yerlərdə, otağın xidmət 
edilən və ya işçi zonasında yerləşdirilməlidir. Resirkulyasiya (və ya sorucu) havakəmərlərində 
havanın parametrləri otaqdakı havanın parametrlərindən fərqlənmədikdə və ya sabit qiymətdə 
fərqləndikdə, vericilərin həmin havakəmərlərində yerləşdirilməsinə yol verilir. 
12.13. Aşağıdakılar üçün avtomatik bloklama nəzərdə tutulmalıdır: 
a) ventilyatorlar işə qoşulduqda və dayandırıldıqda, xarici havanın klapanlarının açılması və 
bağlanması; 
b) havakəmərləri ilə birləşdirilmiş ventilyasiya sistemlərindən biri sıradan çıxdıqda, sistemin 
tam və ya qismən qarşılıqlı əvəz edilə bilməsi üçün klapanların bağlanması və açılması; 
c) qaz yanğınsöndürmə qurğuları ilə mühafizə edilən otaqların ventilyasiya sistemlərinin 
ventilyatorları dayandırıldıqda, bu otaqların havakəmərlərindəki klapanların bağlanması (bax bənd 
8.13); 
ç) əsas avadanlıq sıradan çıxdıqda ehtiyat avadanlığın işə qoşulması; 
d) havaqızdırıcılar və isitmə aqreqatları işə qoşulduqda və dayandırıldıqda, istilikdaşıyıcının 
verilməsi və dayandırılması; 
e) otağın işçi zonasında zərərli maddələrin qatılığı YVQ-dan yuxarı olduqda, həmçinin otağın 
havasında qaz, buxar, toz-hava qarışığının qatılığı AYHAQ-ın 10 %-indən yuxarı olduqda qəza 
ventilyasiya sistemlərinin işə qoşulması. 
12.14. Bənd 7.18 və 7.19-da göstərilən, ehtiyat ventilyatorları olmayan yerli sorma və ümumi 
mübadilə ventilyasiya sistemlərin ventilyatorlarının texnoloji avadanlıqla avtomatik bloklanması 
ventilyator sıradan çıxdıqda avadanlığın dayandırılmasını, texnoloji avadanlığı dayandırmaq mümkün 
olmadıqda isə qəza siqnalizasiyasının qoşulmasını təmin etməlidir. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin