Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Sual 4Ekvatorial koordinant sistemi



Yüklə 1,47 Mb.
səhifə8/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
Astranomiya kolllllll

Sual 4Ekvatorial koordinant sistemi

Ekvatorial koordinant sistemində əsas müstəvi göy ekvator müstəvisi (QQ'), əsas nöqtə dünyanın şimal qütbü P, əsas ox isə dünyanın oxu PP'-dir. Ekvatorial koordinant sistemi iki cürdür: Birirnci ekvetorial koordinant sistemi və ikinci ekvetorial koordinant sistemi.



4+esas hisse Birinci ekvatorial koordinant sistemi

Birinci ekvatorial koordinant sistemində göy cisminin vəziyyəti iki koordinantla təyin olunur: δ- göy cisminin meyli, t- saat bucağı.

Bu koordinant sistemində əsas koordinantları təyin etmək üçün dünyanın qütblərindən və göy cismindən keçən dairə çəkək (şəkil 3.). Bu dairəyə göy cisminin saat dairəsi və yaxud meyl dairəsi deyilir. Ekvator müstəvisindən M göy cisminə qədər olan bucaq məsafəsinə göy cisminin meyli deyilir. mOM=δ. Göy cisminin meyli ekvator müstəvisindən göy cisminə qədər olan meyl dairəsinin qövsü (mM) ilə də ölçülür. . Meylin qiyməti 0º ilə 90º arasında dəyişir. Göy cismi ( ulduz) göy sferinin şimal yarımkürəsində olduqda δ=0º ÷ +90º arasında dəyişir.

Bəzən meyl δ əvəzinə qütb məsafəsi p götürülür. Göy cisminin dünyanın şimal qütbündən (P) olan bucaq məsafəsinə onun qütb məsafəsi p deyilir. O, p qütbü ilə M göy cismi arasında qalan PM qövsü ilə də ölçülür:  POM = p, və yaxud . p-nın qiyməti 0º ilə 180º arasında dəyişir: p=0º ÷180º. Göy cisminin meyli δ ilə qütb məsafəsi p –nın cəmi 90º -yə bərabərdir:



δ +p=90°
Göy meridian dairəsi ilə M göy cisminin meyl dairəsi arasında qalan iki üzlü bucağa M göy cisminin saat bucağı t deyilir. QOm=t . Saat bucağı t meridian dairəsi ilə meyl dairəsi arasında qalan ekvator qövsü Qm ilə də ölçülür, yəni . Saat bucağının istiqaməti göy sferinin günlük fırlanması (saat əqrəbinin hərəkəti) istiqamətində götürülür və qiyməti 0º ilə 360º arasında dəyişir: t=0º ÷360º. Zamanla mütənasib olduğundan saat bucağı t zaman vahidləri ilə də ölçülür: t =0h ÷24h. 24º=360º, 1h=15º, 1m=15 ', 1s=15''; 1º=4m, 1'=4s .

Göy cismin ön meyli δ gün (sutka) ərzində dəyişməz qalır. Lakin saat bucağı t zamanla mütənasib olaraq arasıkəsilmədən dəyişir və göy sferinin tam fırlanması müddətində bu dəyişmə 24 saat olur. Ona görə də I ekvatorial koordinat sistemi də ulduz xəritələri və ulduz kataloqları tərtib etmək üçün yaramır. Çünkü verilmiş ulduz üçün δ=const olduğu halda saat bucağı t daim dəyişir. Bununla belə I ekvatorial koordinat sistemindən təcrübi astronomiyanın əsas məsələlərindən biri olan dəqiq vaxtın təyinində geniş istifadə olunur.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin