6.Kosmoqoniya – göy cisimlərinin ( o cümlədən Yerin) mənşəyi və təkamülü (inkişafı) məsələsini öyrənir.
7.Kosmologiya – kainatın quruluşunun və inkişafının ümumi qanunauyğunluqlarını öyrənir.
Bu axrıncı iki bölmə (6-cı və 7-ci) astronomiyanın üçüncü məsələsini həll edir.
Sual2Göy sferi
Göy cisimlərinin gün (sutka) ərzində hərəkətini öyrənmək üçün göy sferi anlayışından istifadə etmək əlverişlidir.
Mərkəzi müşahidəçi olmaqla çəkilmiş ixtiyari radiuslu sferə göy sferi deyilir.
Ağırlıq qüvvəsinin istiqaməti astronomiyada əsas istiqamət sayılır. Ağırlıq qüvvəsinin istiqaməti ilə üst-üstə düşən düz xəttə şaquli xətt deyilir. Göy sferinin mərkəzindən keçməklə şaquli xətti hər iki istiqamətdə uzatsaq o, göy sferini iki nöqtədə kəsər . Müşahidəçinin başı üzərindəki nöqtəyə zenit (Z), diametral əks nöqtəyə isə nadir (Z') deyilir. ZZ' xətti şaquli xətdir. Şaquli xəttə perpendikulyar olmaqla göy sferinin mərkəzindən keçən müstəviyə riyazi üfüq müstəvisi və yaxud həqiqi üfüq müstəvisi deyilir. Riyazi üfüq müstəvisinin göy sferini kəsdiyi xəttə (NESW çevrəsinə) riyazi üfüq deyilir.
Göylə Yerin birləşdiyi xətt görünən və ya fiziki üfüq adlanır. Görünən üfüq müşahidəçidən və onun durduğu yerdən asılıdır. Quruda görünən üfüq həqiqi üfüqdən yuxarıda, aşağıda və ya onun üzərində ola bilər. Dənizdə isə görünən üfüq həmişə həqiqi üfüqdən aşağıdadır. Astronimiyada üfüq dedikdə həqiqi (riyazi) üfüq nəzərdə tutulur. Riyazi üfüq müstəvisi müşahidə nöqtəsində Yerin səthinə toxunan müstəvidir.
Buludsuz aydın gecədə göy sferini müşahidə edərkən ulduzların şərqdən doğub qərbdə batdığını görürük. Bu hadisənin nöbəti gecələrdə də baş verdiyini müşahidə edirik. Bu o deməkdi ki, göy sferinin günlük hərəkəti zamanı hər bir ulduz çevrə cızır. Müşahidəni diqqətlə aparsaq görərik ki, göy sferində elə bir ulduz var ki, o üfüqə nəzərən öz vəziyyətini, demək olar ki dəyişmir. Bu ulduz Qütb ulduzu adlanır. Yerdə qalan ulduzlar mərkəzləri təxminən Qütb ulduzu olan çevrələr cızırlar. Bu çevrələrin mərkəzi olan nöqtəyə dünyanın Şimal qütbü (P) deyilir. Diametral əks olan nöqtəyə dünyanın Cənub qütbü (P') deyilir.
Dünyanın hər iki qütbünü birləşdirən və müşahidə nöqtəsindən keçən göy sferinin fırlanma oxu dünyanın oxu (PP') adlanır. Göy sferinin mərkəzindən dünya oxuna perpendikulyar keçən müstəviyə göy ekvator müstəvisi deyilir. Bu müstəvinin göy sferini kəsdiyi xəttə isə göy ekvatoru (QQ') deyilir. Göy ekvatoru göy sferini iki hissəyə bölür: Şimali qütbü P yerləşən şimal yarımsferinə və cənub qütbü P' yerləşən cənub yarımsferinə.
Göy ekvatoru riyazi üfüqlə iki nöqtədə kəsişir. Bunlardan biri şərq (E), digəri isə qərb (W) nöqtələridir.
Dünyanın qütblərindən,zenitdən və nadirdən keçirilmiş müstəviyə göy meridian müstəvisi deyilir. Göy meridian müstəvisinin göy sferi ilə kəsişdiyi xəttə isə göy meridianı (PZP'Z') deyilir.
Göy meridian müstəvisi ilə riyazi üfüq müstəvisinin kəsişdiyi xəttə ( NOS) günorta xətti deyilir. Göy meridianı riyazi üfüqlə iki nöqtədə kəsişir. N-şimal və S- cənub nöqtələri.
Göy sferinin günlük dövrlə fırlanması nəticəsində hər bir göy cismi gün ərzində göy ekvatoruna paralel çevrələr cızır, bu çevrə göy cisminin günlük paraleli adlanır.
Şərq tərəfdə göy cisminin həqiqi üfüqi kəsişdiyi nöqtə onun doğma nöqtəsi, qərb tərəfdə bu üfüqi kəsdiyi nöqtə isə batma nöqtəsi adlanır. Günlük paralelləri NN'ilə dünyanın şimal qütbü (P) arasında olan göy cisimləri verilmiş coğrafi enlikdə olan müşahidəşi üçün batmayandır. (Günlük paralelləri SS ilə dünyanın cənub qütbü (P) arasında olan göy cisimləri isə həmin enlikdə doğmayandır) Günlük paralelləri NN ilə SS arasında olan, yəni günlük paralelləri riyazi üfüqü kəsən göy cisimləri verilmiş enlikdə həm doğan, həm də batandır, başqa sözlə doğub-batandır.
Göy cisimləri günlük fırlanma zamanı iki dəfə göy meridianından keçirlər. Bu hadisəyə kulminasiya (latınca “culmen-təpə, zirvə deməkdir) hadisəsi deyilir.
Göy cismi göy meridianını dünyanın şimal qütbündən (P) cənub (S) tərəfdə kəsirsə, buna yuxarı kulminasiya, şimal qütbündən (P) şimal (N) tərəfdə kəsirsə buna aşağı kulminasiya deyilir. Batmayan göy cisimləri üçün hər iki kulminasiyanı müşahidəçi görür. Doğmayan göy cisimlərinin kulminasiyalarının heç birini müşahidəçi görmür. Doğub-batan göy cisimlərinin yuxarı kulminasiyasını müşahidəçi görür, aşağı kulminasiyasını isə görmür.
Dostları ilə paylaş: |