Teorem. Dünyanın şimal qütbünün riyazi üfüqdən hündürlüyü hp müşahidə nöqtəsinin çoğrafi enliyinə (-yə) bərabərdir.
İsbatı: fərz edək ki, NPZQS göy sferinin, PNqPSq' isə Yer kürəsinin meridian müstəvisinin kəsiyidir (Şəkil 6). O nöqtəsindən qaldırılmış şaquli xətt göy sferini Z nöqtəsində, Yer kürəsinin isə O nöqtəsində kəsir və Yerin T mərkəzindən keçir. Dünyanın oxu PP' Yerin fırlanma oxu PN PS -ə paraleldir . Ona görə də Yer və göy ekvatorları da bir-birinə paralel olacaqdır. Məlumdur ki, OTq= -O nöqtəsinin çoğrafi enliyidir, NOP=hp dünya qütbünün üfüqdən hündürlüyüdür. Tərəfləri qarşılıqlı perpentikulyar olduğundan Otq= NOP. Beləliklə alırıq ki, hp = .
Bu teoremdən nəticə kimi aşağıdakı kəmiyyətlərin də -ə bərabər olduğunu alırıq.